Icma.az
close
up
RU
İranı vurmasına ərəb şahzadəsi mane olub Salman Trampa deyib ki...

İranı vurmasına ərəb şahzadəsi mane olub Salman Trampa deyib ki...

Icma.az bildirir, Bakupost portalına istinadən.


Dünya iki gündür, ABŞ-nin İrana zərbə endirəcəyini gözləsə də, Donald Tramp son anda qərar dəyişdi. ABŞ lideri bunu “İranda qətllər dayanıb. Bizdə olan məlumatlara görə, onlar (İran rəhbərliyi-red) artıq qətlləri dayandırırlar” açıqlaması ilə bəyan etdi. Bəzi analitiklər bu qərarı İranda etirazçılara münasibətin yumşalması ilə əlaqələndirərək, Trampın da sərt mövqeyində dəyişiklik etdiyini bildiriblər. Bəziləri İrana müdaxilə planının rəfə qoyulmasının səbəbinin tam başqa olduğu qənaətindədir.

Bakupost.az Savaşmedia.az-a istinadla Donald Trampın İrana hücum qərarından dönməsinin pərdəarxası səbəblərini diqqətə çatdırır:

Bəzi analitiklərə görə, Trampı İrana hücumdan çəkindirən əsas səbəblərdən biri və ya birincisi qısa zaman öncə Venesuelaya hərbi müdaxiləsi və sonra ölkədə baş verən proseslərə görə aldığı tədbirlərdir.

Ölkə Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ-yə aparılmasından sonra oğul Maduronun rəhbərliyi ilə aktivləşən rejim tərəfdarları Trampı ölkəyə ABŞ əsgərlərini göndərməyə vadar etdi. 

Bundan başqa, Venesuelaya təyyarə daşıyan gəmilər, reaktiv təyyarələr, hərbi helikopterlər, elektron müharibə məqsədilə istifadə olunan hərbi təyyarələr (düşmənin elektron sistemlərini qarışdırır, aldadır və ya sıradan çıxarır) yerləşdirildi. Trampın Maduro tərəfdarları ilə yanaşı Venesuela ordusunu da təhdid etdiyini nəzərə alsaq, bu addımın atılması məqsədəuyğun idi. İrana müdaxilə isə bu hərbi texnikanın Venesueladan çıxarılmasını vacib edirdi. Bu da Venesuelada Maduro tərəfdarlarının daha da aktivləşməsi, hətta ordunun da onlara qoşulma təhlükəsini artıra bilərdi. 

ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Deril Kodlın bir neçə gün əvvəl jurnalistlərə verdiyi açıqlama da bu ehtimalı doğruldur. Belə ki, D.Kodl hücumun risklər daşıdığını bildirmişdi:

“Donanmamız dünyanın istənilən yerində əməliyyat aparmağa və tələb olunan missiyanı yerinə yetirməyə hazırdır. Ancaq istənilən halda risklər mövcuddur. Bu risklər həm missiya, həm də hərbi qüvvələr üçündür. Əgər lazım olan bütün avadanlıqlar yanımızda olmasa, hədəfi vurmaq çətinləşər. Lakin ABŞ ordusuna əmr verilərsə, biz hazırıq”.

Trampı İrana hücum fikrindən daşındıran ikinci səbəb kimi iqtisadi məsələlər və müttəfiq ölkələr – Səudiyyə Ərəbistanı, Qətər və Omanın müraciəti göstərilir. 

Bu məsələdə Səudiyyə Ərəbistanı xüsusi canfəşanlıq edib.  Bu dövlətlər Trampı inandırmağa çalışıb ki, İranın vurulması qlobal neft bazarına mənfi təsir edəcək. Həm öz iqtisadiyyatlarına,  həm də ABŞ iqtisadiyyatına ciddi zərər verəcək. Buna görə də əməliyyatı hələ ki təxirə salmaq məqsədəuyğundur.

Analitiklər qeyd edir ki, Tramp daha çox Səudiyyə Ərəbistanı ilə əlaqələri pisləşdirməmək üçün geri addım atmağı seçib. Çünki bu ərəb dövləti ilə ABŞ arsında münasibətlər getdikcə daha da dərinləşir. Bu məqamda isə Şahzadə Salmanın ABŞ-yə səfəri və Trampla görüşdə "ölkəyə 1 trilyon dollar sərmayə yatıracağam" açıqlaması xüsusilə qabardılıb. 

Bildirilib ki, Tramp siyasətçi olması ilə yanaşı, həm də yaxşı biznesmendir. O, şahzadə Salmanın xahişini yerə salıb, nağd 1 trilyon dollar sərmayəni sonu məlum olmayan “İran əməliyyatına” qurban verməz.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri