Icma.az
close
up
RU
İranı yeni müharibədən amerikalı general xilas edir

İranı yeni müharibədən amerikalı general xilas edir

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tehranın nüvə obyektlərinin tam dağıdılmağının təsdiqi Trampı çıxılmaz vəziyyəti salır-o yenidən “vurun” əmri verərsə, işdən çıxardığı kəşfiyyat rəisindən üzr istəməıli olacaq

İsrailin keçmiş müdafiə naziri Yoav Qallant avqustun 30-da bildirib ki, İsrail və ABŞ İranın nüvə obyektlərini hədəf alacaq yeni hərbi əməliyyatlar hazırlayır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Tel-Əvivdə keçirilən konfransda çıxış edən Qallant vurğulayıb ki, 2025-ci ilin iyununda 12 günlük müharibə zamanı İranın əsas nüvə mərkəzlərinə zərbələr tam məqsədinə çatmayıb, hətta İranın infrastrukturun bir hissəsini bərpa etdiyinə dair kəşfiyyat məlumatları var.
Yeri gəlmişkən, müdafiə naziri Pit Heqset bir neçə gün əvvəl Pentaqonun Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) rəhbəri general-leytenant Cefri Kruzu məhz İranın nüvə obyektlərinə dair hesabatandan sonra vəzifəsindən azad edib.Pentaqona tabe Müdafiə Kəşfiyyat İdarəsi əməliyyatları dəstəkləmək üçün hərbi kəşfiyyat üzrə ixtisaslaşıb, Mərkəzi Kəşfiyyat İdarəsinə tabe olmayan müstəqil qurumdur.

İşdən çıxarılmanın səbəbləri hələ də rəsmi olaraq açıqlanmayıb, lakin bu qərarlar Ağ Evin agentliyin Amerikanın İrana zərbələrinin nəticələrini qiymətləndirən hesabatını tənqid etməsindən az sonra baş verib.


İyunun sonunda, İrana qarşı Amerika-İsrail hərbi əməliyyatı başa çatdıqdan az sonra, DİA Amerikanın zərbələrinin İranın nüvə proqramını cəmi bir neçə ay geriyə saldığını bildirən hesabat yayıb.

Bu qiymətləndirmə daha əvvəl əməliyyatı “qeyri-adi hərbi uğur” adlandıran Donald Trampı qəzəbləndirib və bildirib ki, hər üç nüvə obyekt “tamamilə məhv edilib” və “terrorizmin əsas sponsoru”ndan gələn nüvə təhlükəsi aradan qaldırılıb. Prezident Müdafiə Kəşfiyyat İdarəsinin nəticələrini isə “tam qüsurlu” adlandırıb.

İranın nüvə obyektləri hücumlarda zərər görmədiyini bu ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei xalqa video müraciətində demişdi. O bildirib ki, ABŞ nüvə obyektlərini vurub, lakin çox şey əldə edə bilməyib: “Amerikalılar nüvə obyektlərinə hücumda mühüm bir iş görə bilməyiblər”. O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp baş verənləri çox şişirdib: “Tramp İranın nüvə obyektlərinə dəyən zərərin miqyasını şişirdib, əslində bu, kiçikdir”.
Beləliklə, Pentaqon kəşfiyyat strukturu faktiki Xamneinin dediklərini təsdiqləyən hesabat yayıb.İndi isə İsrailin keçmiş müdafiə naziri də təsdiqləyib ki, İsrail və ABŞ İranın nüvə obyektlərinə ciddi zərər vurmadığı üçün yeni hərbi əməliyyatlar hazırlayır. İsrail üçün İrana yenidən hücum bir əlavə motivasiyadır. Amma ABŞ prezidenti üçün riskli vəziyyətdir. O, İranın nüvə obyektlərinə zərbə vurmaq ımrini verərsə, xalqa yalan danışdığını, İranın hələ də hərbi güceünün qaldığını etiraf etmiş olacaq. O zaman gərək Pentaqonun işdən çıxarılan kəşfiyyat rəisini də işə qaytramaq lazım gələcək. Ola bilsin ki, İranı hava zərbələrindən Cefri Kruzun hesabatı xilas etsin, Tramp İran əməliyyatına razılıq verməsin.

Bunun fonunda İran tərəfi də sərt mövqe nümayiş etdirib. SEPAH-a bağlı teleqram kanallarında yayılan açıqlamalarda İsrail “yer üzündən silinməklə” hədələnib. Bildirilir ki, İran ordusu səsdən qat-qat sürətli hipersəs raketləri, yeni tip silahlar və xüsusi hücum başlıqları hazırlayır. SEPAH-ın iddialarına görə, bu silah sistemləri İsrailin hava hücumundan müdafiə sistemlərini yarmaq gücündədir və “son cavab” üçün nəzərdə tutulub.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see343

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see250

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see248

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see241

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see241

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see236

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see230

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see228

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see221

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see214

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see209

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see208

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see206

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see204

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see200

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see191

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri