İranın ABŞ a verdiyi təkliflər məlum oldu
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
İran ABŞ-a Hörmüz boğazını açmağı və münaqişəyə son qoymağı, nüvə danışıqlarını sonrakı mərhələyə təxirə salmağı təklif edir.
Azpost.info bildirir ki, bu barədə Axios nşri məlumatlı mənbələrə istinadən xəbər verir.
Bu mənbələrə görə, Tehranın Pakistan vasitəçiləri vasitəsilə ABŞ-a çatdırdığı yeni təklif əsasən boğaz ətrafındakı böhranı və ABŞ blokadasını həll etməyə yönəlib. Bu, nüvə danışıqlarının yalnız sonrakı mərhələdə, Hörmüz boğazı açıldıqdan və blokada qaldırıldıqdan sonra başlayacağını göstərir.
Portal qeyd edir ki, Ağ Ev bu təklifi alıb, lakin ABŞ-ın onu nəzərdən keçirməyə hazır olub-olmadığı bəlli deyil.
Öz növbəsində, bir mənbə bildirib ki, ötən həftə sonu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Misir, Türkiyə və Qətər vasitəçilərinə İran rəhbərliyinin ABŞ tələblərinə necə cavab vermək barədə fikir ayrılığı olduğunu açıq şəkildə bildirib.
Bu arada, Axios mənbələrinə görə, ABŞ prezidenti Donald Trampın bazar ertəsi günü milli təhlükəsizlik və xarici siyasət qrupu ilə İranla bağlı brifinq keçirməsi gözlənilir.
Mənbələrə görə, Trampın komandası danışıqlardakı çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə edəcək.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Aprel 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















