Icma.az
close
up
RU
İranın ABŞ yə dənizdən zərbə endirməsi bir qədər xəyal kimi görünür AÇIQLAMA

İranın ABŞ yə dənizdən zərbə endirməsi bir qədər xəyal kimi görünür AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"İranın ABŞ-yə dənizdən zərbə endirməsi bir qədər xəyal kimi görünür. Çünki İran əgər Körfəzdən Amerikaya zərbə endirəcəksə, uzun mənzilli raketə malik olmalıdır. İkinci olaraq, bunun üçün ya Sakit okeanda, ya da Atlantik okeanda İranın hərbi dəniz donanması bazası olmasına ehtiyac var. İranın belə bir hərbi bazası mövcud deyil. Yaxud İran həmin bölgədə hərbi dəniz donanması çıxartmalıdır. Bu məqsəd ABŞ-ni vurmaq üçün olmalıdır. Lakin İranın bu niyyəti məlum olarsa, onun bunu həyata keçirməsi çətin olar".

Bu sözləri Redaktor.az-a İranlı deputat Əmir Həyat Moqəddəmin SEPAH 20 ildir ABŞ-yə dənizdən hücum texnologiyası üzərində işləyir və artıq İran gəmiləri ilə Vaşinqton, Nyu-York kimi şəhərləri hədəfə almaq imkanına malikdir fikirlərinə münsibət bildirən politoloq Sədrəddin Soltan bildirdi.

"İran əgər ABŞ ərazisinə zərbə endirmək istəyirsə, elə ABŞ-nin Körfəzdəki və ya Yaxın Şərqdəki hərbi bazalarını vursun. Amerika Birləşmiş Ştatları niyə vurur? Çünki ABŞ İrana zərbələri ABŞ ərazisindən raketlə endirməyib. İranın ərazisi ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarından vurulub. Odur ki, deputatın dedikləri daha çox nağıla, yaxud arzuya oxşayır.

Amerikanı vurmaq üçün İranın qitələrarası raketə malik olması lazımdır. İranın hazırda elə bir raketə malik olduğu məlum deyil. Əgər İranın belə raketi varsa, onu ya Rusiyadan, ya da Çindən, hətta Şimali Koreyadan ala bilər. Həm Rusiya, həm Çin, həm də Şimali Koreya ABŞ-yə qarşı olduqlarından, İranın Birləşmiş Ştatlarla münasibətindəki ziddiyyət və qisasçılıq hissi səbəbindən ona bu silahı verə bilərlər. Bu isə SEPAH-ın təmsilçilərinin iddialı danışığına görə İranın Rusiya və Çindən təhlükəli silahlara malik olduğunu ehtimal etməyə əsas verir".

Siyasi şərhçi əlavə etdi ki, İran ABŞ ilə münasibətlərin normallaşmasına çalışır, xüsusən hakimiyyətdaxili islahatçı xətt tərəfdarları bu istiqamətdə açıqlamalar və bəyanatlar verirlər.

"Hətta İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin də ABŞ ilə danışıqlara razılıq verdiyi barədə xəbərlər yayılır. Belə bir şəraitdə bu tip xəbərləri İnqilab Keşikçiləri Qvardiyası yəni, SEPAH, SEPAH-a bağlı şəxslər, SEPAH-ın yüksək rütbəli vəzifəli şəxsləri və mühafizəkar düşüncəli, reallığı dərk etməyə hələ də qabiliyyəti çatmayan siyasətçilər deyə bilərlər. SEPAH üçün ABŞ ilə İranın münasibətlərinin normallaşması, onun və ona bağlı qüvvələrin zəifləməsinə səbəb ola bilər. Ona görə də onlar bütün istiqamətdə təbliğatlarını ABŞ-ni vurmaq, ABŞ-ni , İsraili hədələmək kimi mənasız və reallığa qarşı tuşlanmış fikirlərlə aparırlar",- deyə müsahibimiz bildirdi.

Xədicə BAXIŞLI
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri