Icma.az
close
up
RU
İranın Ali Lideri kimi yenə onun adı ÇƏKİLİR

İranın Ali Lideri kimi yenə onun adı ÇƏKİLİR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

"İranın 88 ruhanidən ibarət Ekspertlər Şurasında əksəriyyətin səsi ölkənin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneiyə verilib".
Modern.az xəbər verir ki, bu barədə Ekspertlər Şurasının adı açıqlanmayan bir üzvü “Pars Today" qəzetinə bildirib.
Daha əvvəl Ekspertlər Şurası yeni Ali Liderin seçilməsi ilə bağlı ortaq məxrəcə gəldiklərinə işarə etmiş, lakin seçilən şəxsin adı açıqlanmamışdı.

Qeyd edək ki, Espertlər Şurasının üzvü Alam əl-Huda da bu gün “Mehr” agentliyinə bildirib: “Liderlik vəzifəsi üçün seçim keçirilib və yeni Ali Rəhbər müəyyən edilib”.

Onun sözlərinə görə, “liderin şəhid olmasından sonrakı ilk saatlarda Ekspertlər Şurası toplaşıb və üzvlərin əksəriyyəti tək bir namizəd üzərində razılığa gəlib. Bu namizəd şuranın rəyasət heyətinə təqdim edilib”.

Onun sözlərinə görə, Ekspertlər Şurasının hələ qərar vermədiyini iddia edən bütün xəbərlər yalandır. İndi isə varisin rəsmi şəkildə nə vaxt elan olunacağına şuranın katibliyinin rəhbəri qərar verəcək.

Xatırladaq ki, dünən İranının iki nüfuzlu Ayətullahı İslam Respublikasının yeni Ali Liderinin seçkilərinin sürətləndirilməsini tələb edib. Belə ki, Ayətullahlar Məkarim Şirazi və Nuri Həmədani İranın yeni Ali Liderinin andiçmə mərasiminin sürətləndirilməsini gözlədiyini vurğulayıblar. Onlar bildiriblər ki, bu vacib məsələnin vaxtında həlli milli hakimiyyəti gücləndirəcək və işlərin ümumi təşkilini yaxşılaşdıracaq.

Ayətullahlar Ekspertlər Şurasının üzvlərinə ünvanladıqları mesajda yeni Ali Rəhbərin adını elan etməyə çağırıblar.

Siyasi analitiklər deyirlər ki, İranın üst rəhbərliyində Müctəba Xameninin Ali Lider elan olunmasına qarşı şıxan nüfuzlu şıxslər var. Onların başında isə Ali Liderin siyasi məsələlər üzrə müşaviri və İranın “dərin dövləti” sayılan strukturlara yaxın şəxs Əli Əsgər Hecazi gəlir. Məhz Hecazinin açıq etirazı səbəbindən bu məsələ uzanır və yeni Ali Liderin adının açıqlanması təxirə salınıb. Hecazi keçmiş kəşfiyyat nazirinin müavinidir.
Məlumatlara görə, Müctəba Xameneilə bağlı səsvermə fiziki toplantı halında deyil,  “uzaqdan seçki” şəklində keçirilib. Yəni Ekspertlər Şurasının üzvlərinə ayrı-ayrılıqda zəng olunaraq onların rəyi alınıb.
Müctəba Xamenei tərəfdarları müharibə davam edərkən yeni Ali Liderin tez seçilməsi üçün təzyiq edir. İslam İnqilabı Keşikçiləri Korpusunun da (SEPAH) Müctəba Xameneini dəstəklədiyi bildirilir.
Lakin Əli Əsgər Hecazi və onun ətrafı Müctəba Xameneinin seçilməsinin qarşısını almağa çalışırlar.
Xarici təhlilçilərin bildirdiyinə görə, hazırkı müharibə şəraitində Ekspertlər Şurasının fiziki şəkildə bir araya gəlib səsvermə keçirməsi demək olar ki, mümkün deyil. Üstəlik Əli Əsgər Hecazinin etirazı da sistemi faktiki olaraq bloklayıb. SEPAH da bu şəraitdə siyasi qərar almağa meyilli deyil və seçkinin tez başa çatmasını istəyir.
Ali Lider seçilmədiyi üçün hücumlara qarşı effektiv hərbi cavab vermək də çətinləşib. Mövcud vəziyyət xaotikdir və faktiki olaraq hərbi çevriliş üçün uyğun atmosfer yaradır.
İddialara görə, əgər seçki uzansa və atəşkəs baş versə, Müctəba Xameneinin şansı azala bilər. Bu halda İranın ilk Ali Lideri olmuş Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni kimi fiqurlar kompromis namizəd kimi ortaya çıxa bilər. Lakin keçmişdə islahatçılara yaxın mövqedə dayanması səbəbindən SEPAH onun namizədliyinə qarşıdır.
Analitiklər deyirlər ki, "uzaqdan səsvermə"də ən çox səs toplayan Müctəba Xamenenin tezliklə təzyiq yolu ilə Ali Lider kimi qəbul etdiriləcəyi gözlənilir. Bu halda hazırda Müctəba Xameneiyə qarşı dirənən bir çox siyasi və dini fiqurların İran rəhbərliyindəki mövqelərini itirəcəyləri istisna olunmur.
İran Konstitusiyasına görə, 88 üzvdən ibarət Ekspertlər Şurası ölkənin Ali Liderini seçmək səlahiyyətinə malikdir. İranı 37 il idarə edən Xamenei 28 fevralda Tehrana ABŞ-İsrail hava hücumu zamanı öldürülüb.

İsrail Müdafiə Qüvvələri də bu prosesə münasibət bildirərək, yeni Ali Lideri axtaracağını bildirib.
***
Bu arada İranın Ekspertlər Şurasının Gilan vilayətindən olan üzvü Ayətullah Aşkuri "Pars Today"a bildirib ki, yeni Ali Liderin soyadı Xamenei olaraq qalacaq.

O əlavə edib ki, mərhum Ali Liderin oğlu Müctəba Xamenei böyük səs çoxluğu ilə yeni lider seçilib.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri