Icma.az
close
up
RU
İranın ali rəhbəri ABŞ ı hədələyir

İranın ali rəhbəri ABŞ ı hədələyir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


İranın Ali dini lideri Ayətullah Əli Xamnəi paytaxt Tehranda Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirləri ilə görüşüb.
Reyting.az
xəbər verir ki, görüş zamanı ABŞ-la danışıqlar məsələsinə toxunan Xamnəi Vaşinqtonla danışıqların faydasız olduğunu vurğulayıb.
“İlk növbədə, düzgün başa düşmək lazımdır ki, ABŞ-la danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur. Bizdə elə təəssürat yaratmasınlar ki, o hökumətlə otursaq, problemlər həll olunacaq. Xeyr, ABŞ-la danışıqlar heç bir problemi həll etməyəcək. Niyə? Çünki təcrübə bunu göstərir”,- İran lideri deyib.
Keçmişdə ABŞ ilə danışıqlar aparıldığını xatırladan Xamnəi daha sonra əlavə edib:
“ABŞ ilə təxminən iki il davam edən danışıqlardan sonra bir masa arxasına oturduq və müqavilə imzaladıq. Danışıqlarda ABŞ tək deyildi, bir neçə başqa ölkə də iştirak edirdi, amma danışıqların mərkəzində ABŞ oldu. O dövrün hökuməti dəfələrlə ora-bura gedib, görüşüb, danışıb, əl-ələ verib, yekun razılığa gəliblər. Bununla belə ABŞ razılaşmaya əməl etməyib. Bu müqavilədə İran tərəfi çox səxavətli idi və bir çox güzəştlərə getdi. Razılaşmanın məqsədi ABŞ sanksiyalarını ləğv etmək idi, lakin bu baş vermədi”.
BMT-yə gəldikdə, Xamenəi qeyd edib ki, daimi təhdid kimi istifadə oluna biləcək bir qeyri-müəyyənlik qalıb: “Bu razılaşma iki illik danışıqların nəticəsi idi”.
ABŞ-la danışıqların nəticəsiz qaldığını bildirən Xamnəinin sözlərinə görə, bu təcrübədən dərs almaq lazımdır:
“Güzəştlər etdik, danışıqlar apardıq, geri çəkildik, lakin istədiyimiz nəticəni əldə edə bilmədik. Bu razılaşmanı - bütün çatışmazlıqlarına baxmayaraq - qarşı tərəf pozdu. Belə bir ABŞ administrasiyası ilə danışıqlar aparılmamalıdır”.
ABŞ-a sərt mesajlar verən Xamnəi qeyd edib ki, ABŞ dünya xəritəsini kağız üzərində dəyişməyə çalışır, amma bunun reallıqla əlaqəsi yoxdur:
“ABŞ bizim haqqımızda danışır, şərhlər edir. Əgər bizi təhdid etsələr, biz də onları təhdid edəcəyik. Əgər bu təhdidi həyata keçirsələr, biz də eynisini təkrarlayacağıq. Xalqımızın təhlükəsizliyinə hücum etsələr, ondan çəkinmədən milli təhlükəsizliyinə hücum edəcəyik”.
ELÇİN
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri