İranın ali rəhbəri Əli Xamenei regiondakı gərginliklə bağlı X də bir sıra paylaşımlar edib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
İranın ali rəhbəri Əli Xamenei "X" sosial şəbəkəsində bir sıra postlar paylaşaraq regionda mövcud olan gərginliyi şərh edib.
Oxu.Az xəbər verir ki, o, ABŞ-nin bölgədəki hadisələrə reaksiyasını İsrailin zəifliyinin əlaməti kimi qiymətləndirib:
"Sionist rejimin amerikalı dostlarının işə qarışıb belə bəyanatlar verməsi bu rejimin zəifliyinin və bacarıqsızlığının göstəricisidir".
Xamenei İran xalqına müraciətində isə səbr və möhkəmlik çağırışı edib:
"Əgər düşmən qorxduğunuzu hiss edərsə, sizdən əl çəkməz. İndiyədək nümayiş etdirdiyiniz davranışı davam etdirin; onu daha da gücləndirin. Həqiqətən, qələbə yalnız Uca, Hikmət Sahibi Allahdandır (Quran, 3:126). Aləmlərin Rəbbi mütləq İran xalqına, haqqa və haqqın tərəfdarlarına qələbə nəsib edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 İyun 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















