Icma.az
close
up
RU
İranın ali rəhbəri öldürülüb, müharibənin davam etməsinə ehtiyac yoxdur AÇIQLAMA

İranın ali rəhbəri öldürülüb, müharibənin davam etməsinə ehtiyac yoxdur AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ABŞ-nin Prezidenti Donald Tramp "ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı yaxın zamanda başa çatacaq" - deyə fikir səsləndirib. Sonra isə danışıqların olmasının istisna olmadığını deyib.

Bu açıqlama fonunda ABŞ/İsrail - İran münaqişəsi başa çata bilərmi? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, ABŞ-nin hərbi əməliyyatlarının uzun müddət davam etməyəcəyi əvvəldən bəlli idi:

"Çünki bunun əsası təxminən 7-8 ay əvvəl, 2025-ci ilin yayında qoyulmuşdu və hücumlar, əməliyyatlar əsasən həmin dövrdən başlamışdı. Digər tərəfdən, ABŞ-nin bu əməliyyatda əsas hədəfi ölkəni işğal etmək və ya hansısa ərazini tutmaq idi. Əvvəldən ABŞ və İsrail əsas hədəflərini bəyan etmişdilər. Bunlardan birincisi İranın ali rəhbərinin öldürülməsi idi və bunu həyata keçirdilər. Digər hədəf İranın raket bazalarının, raket istehsal edən müəssisələrinin sıradan çıxarılması və raket anbarlarının vurulması idi. ABŞ-nin açıqlamalarına görə, bu istiqamətdə də çox böyük uğurlar əldə olunub. Başqa bir istiqamət İran hərbi qüvvələrinin rəhbərlərinin, SEPAH komandanlarının, qərargahlarının və SEPAH bazalarının vurularaq sıradan çıxarılması idi. ABŞ iddia edir ki, bu hədəflərin də böyük bir hissəsi məhv edilib".

Siyasi şərhçi əlavə etdi ki, bu baxımdan ABŞ-nin müharibəni və ya hərbi əməliyyatları daha uzun müddət davam etdirməsinə ciddi ehtiyac yoxdur:

"Çünki müharibə eyni zamanda böyük maliyyə vəsaiti deməkdir. ABŞ Konqresində Demokratlar maliyyə xərclərinin həcminə görə Prezident Donald Trampı tənqid edirlər. Eləcə də İsraildə parlamentdə oxşar proseslər baş verir. Yəni daxili siyasi təzyiqlər də müharibənin dayandırılması zərurətini yaradır. Ona görə də hesab edirəm ki, müharibə uzunmüddətli olmayacaq. Digər tərəfdən danışıqlar məsələsi də gündəmə gələ bilər. Çünki İranın hərbi-sənaye kompleksini və nüvə obyektlərini sıradan çıxaran, onu zəiflədən və fəaliyyətini məhdudlaşdıran hərbi əməliyyatlardan sonra İranla danışıqların aparılması ehtimalı artır. Hətta İranda növbəti hakimiyyətin formalaşması ilə bağlı məsləhətləşmələr məsələsi də ortaya çıxa bilər. Bu baxımdan ehtimal etmək olar ki, hərbi əməliyyatlar uzun çəkməyəcək, dayandırılacaq və danışıqlar prosesinə başlanacaq".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Mart 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri