Icma.az
close
up
RU
İranın Ali Rəhbərinin varisi məsələsi strateji bir seçim olduğu üçün xüsusi önəm daşıyır TƏHLİL

İranın Ali Rəhbərinin varisi məsələsi strateji bir seçim olduğu üçün xüsusi önəm daşıyır TƏHLİL

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib. Bu barədə “Reuters” agentliyi xəbər verib. Yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur. Aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və Xomeyninin nəvəsi Həsəndir. İranda ali dini lider vəzifəsi təkcə siyasi rəhbərliyi deyil, həm də dini və ideoloji liderliyi özündə ehtiva edir. 


Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, yeni liderin kim olacağı regionun gələcəyi və İrandakı rejimin qorunub - saxlanılması baxımından da önəmlidir. Ekspert bildirib ki, "Reuters"in adını çəkdiyi hər iki namizəd İranda kifayət qədər tanınan və ailə bağları güclü olan şəxslərdir: 


"Hər iki şəxsin şansını çoxaldan və azaldan kifayət qədər amillər mövcuddur. Müctəba Xamenei İranın hazırkı ali rəhbəri Əli Xameneinin oğlu olması və mükəmməl dini təhsil alması səbəbi ilə hazırda  əsas namizəd hesab edilir. Bundan başqa onun şansını artıran daha bir amil isə SEPAH -a yaxın sima olmasıdır. Ali rəhbərin seçimində SEPAH -ın güclü təsiri nəzərə alınarsa, bu onun şansını artırır. Lakin Müctəba Xameneinin şansını azaldan amillərdə az deyil. Əli Xameneinin oğlu olması onun şansını artırmaqla bərabər ciddi problemlərə də yol açır. Onun atasının yerinə gəlməsi Vilayəti - Fəqih sistemi ilə ziddiyət təşkil edir. Bu isə monoxtiyaya keçid kimi sayıla bilər. Eyni zamanda Müctəbanın xalq arasında nüfuzu zəifdir. Onun seçimi ciddi tənqidlərlə qarşılana bilər. Digər namizəd Həsən Xomeyni də həm İslam İnqilabının lideri Ruhulla Xomeyninin nəvəsi olması, həm də güclü dini təhsilinə görə şansı kifayət qədər böyükdür. Lakin onun da SEPAH və təhlükəsizlik orqanları ilə münasibətləri çox da yaxşı deyil".


Analitik qeyd edib ki, nəvə Xomeyni islahatçı qanada yaxındır və daha liberal siyasətin tərəfdarıdır: 

"Həsən Xomeynin Əli Xameneini dəfələrlə  tənqid edib və buna görə 2016 - cı il seçkilərində ali dini lideri seçən Xobregan Şurasına namizədliyi təsdiq edilməyib. Ancaq xalq arasında, xüsusilə gənclər içində nüfuzu güclüdür. SEPAH -dan və mühafizəkar çevrədən gələn güclü narazılıq onun ali rəhbərliyə gedən yolunu kəsə bilər. Həsən Xomeynin hazırda islahatçı cinahın rəhbəri hesab edilən keçmiş prezident Həsən Ruhani ilə yaxın münasibəti var. İranda Xomeynin təbliğatı məhz Ruhaniyə bağlı mediya qurumlarının vasitəsi ilə aparılır. İranın Ali Rəhbərinin varisi məsələsi təkcə daxili siyasi mübarizə deyil, həm də regional və qlobal güc balansına təsir edən strateji bir seçim olduğu üçün xüsusi önəm daşıyır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyun 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri