Icma.az
close
up
RU
“İranın atdığı addımlar heç zaman sülhə xidmət etməyib”

“İranın atdığı addımlar heç zaman sülhə xidmət etməyib”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xəzər dənizinin adı beynəlxalq cəmiyyət tərəfindən Caspian Sea kimi tanınır və bu, qəbul olunmuş geosiyasi reallıqdır. İran öz ərazisində yerləşən su hövzələrini istədiyi adla səsləndirə bilər, lakin bu, ümumi mənzərəni dəyişmir”.

Bunun Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib:

“Qeyd etmək yerinə düşər ki, ümummilli liderimiz Heydər Əliyev İran səfəri zamanı bu məsələyə toxunaraq, İran ictimaiyyətinə dünyada “Mazandaran dənizi” adlı bir dənizin olmadığını açıq şəkildə bildirmişdi.

Görünür, İran tərəfi bu məsələni yenidən gündəmə gətirməklə Azərbaycana qarşı ucuz təbliğat alətindən istifadə etməyə çalışır. Xəzər dənizinin adını fərqli şəkildə səsləndirməklə yeni, lakin mənasız müzakirələrə yol açmaq niyyəti hiss olunur. Bu isə İranın daxili qərarı ola bilər, amma beynəlxalq səviyyədə heç bir əhəmiyyət kəsb etmir.

Çünki Xəzər dənizinin adının dəyişdirilməsi yalnız region ölkələrinin ortaq razılığı ilə mümkündür. Aydındır ki, nə Azərbaycan, nə Qazaxıstan, nə də Rusiya bu təklifə dəstək verməyəcək. Bu baxımdan, belə təşəbbüs həm mənasız, həm də perspektivsizdir”.

Ekspert vurğulayıb ki, İran öz ərazisində yerləşən istənilən çaya və ya coğrafi obyektə istədiyi adı verə bilər – bu, onun daxili işidir:

“Lakin sual yaranır: bu cür addımlar regiona müsbət nəsə qazandıracaqmı? Cavab bəllidir – xeyr. İran Xəzər dənizi ilə bağlı imzaladığı bütün rəsmi sənədlərdə bu adı qəbul edib və dəfələrlə hüquqi öhdəliklər götürüb.

Təəssüf ki, indiyədək İranın bu və ya digər geosiyasi məsələlərdə atdığı addımlar heç zaman regionda sülhə, inkişafa və təhlükəsizliyə  xidmət etməyib. Əksinə, rejimin təklif etdiyi təşəbbüslər daha çox intriqa, narazılıq və münaqişələrə yol açıb.

Bu son addım da İranın ictimaiyyətin diqqətini əsas daxili problemlərdən yayındırmaq məqsədilə ortaya atdığı yeni bir süni gərginlikdir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri