İranın atəşkəs qərarı milli birlik və liderlik konsensusunu əks etdirir Pezeşkian
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian ölkədə elan edilən atəşkəs çərçivəsinin milli maraqlar, ləyaqət və müdriklik prinsiplərinə əsaslandığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, Pezeşkian İslam İnqilabının Lideri Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təsdiqlənən atəşkəsin İran hökumətinin əsas strukturları arasında razılıqla qəbul olunduğunu vurğulayıb.
Prezidentin sözlərinə görə, ilkin atəşkəs qərarı ABŞ tərəfindən İranın təqdim etdiyi çərçivənin qəbul edilməsindən sonra verilib və bu addım ərazi bütövlüyünün qorunmasına yönəlib.
Pezeşkian qeyd edib ki, atəşkəs İran xalqının birliyi və milli hüquqlar uğrunda davamlı dəstəyinin nəticəsidir. O, ABŞ və İsraillə bağlı olaraq, İranın “güc tənliyini dəyişdirdiyini” iddia edib.
Prezident həmçinin bildirib ki, İran müharibə deyil, sülh tərəfdarıdır və ölkə yalnız müdafiə xarakterli cavab verir.
O, atəşkəsin zəiflik deyil, milli maraqların qorunması və əldə olunan nəticələrin möhkəmləndirilməsi məqsədi daşıdığını vurğulayıb.
Pezeşkian əlavə edib ki, İran regional ölkələrlə münaqişə istəmir, əksinə qarşılıqlı hörmət, əməkdaşlıq və ədalətli sülhü dəstəkləyir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















