Icma.az
close
up
RU
İranın Azərbaycana səfir göndərməsi yubanır Aqreman verilmir?

İranın Azərbaycana səfir göndərməsi yubanır Aqreman verilmir?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ISCA News” agentliyi iddia edib ki, guya bu ləngimə Bakının Tehranın təklif etdiyi namizədi qəbul etməməsi ilə bağlıdır, əslində isə...
İran və Azərbaycan arasında aylarla davam edən danışıqlara baxmayaraq, bu ölkənin Bakıdakı səfirliyinə hələ də səfir təyin edilməyib. İran İslam Respublikasının Azərbaycandakı son səfiri Seyid Abbas Musəvi 2020-ci ildən İranın Bakıdakı diplomatik korpusuna rəhbərlik edirdi. O, səfir vəzifəsindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü olub. Abbas Musəvinin Bakıya gəlişindən sonra İran və Azərbaycan arasında münasibətlərdə irəliləyiş nəzərə çarpmayıb, əksinə, təmaslar daha da gərginləşib.
Onun diplomatik missiyası hələ 2023-cü ilin yayında başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ötən ilin martında İranın dövlət xəbər agentliyi “Tasnim” ölkənin Azərbaycandakı səfiri Abbas Musəvini Baku TV-yə verdiyi müsahibədən sonra istefaya çağırmışdı. Agentlik bu çağırışı edərkən, jurnalistin diplomatik nümayəndəlikdə “uyğun olmayan geyim”lə göründüyünü əsas gətirmişdi.
“Tasnim” xanım jurnalistin hicabsız geyimini “İran İslam Respublikasının rəsmi mövqeyinə təhqir” adlandırmış və səfir Abbas Musəvini istefa verməyə çağırmışdı. Artıq bir neçə aydır ki, səfir Bakını  tərk edib, amma yeni təyinat yubanır.
İranın “ISCA News” agentliyi  bu yaxınlarda iddia edib ki, yeni səfirin göndərilməməsi ətrafında problem Azərbaycan hökumətinin İranın təklif etdiyi namizədi qəbul etməməsi ilə  bağlıdır.  “Bu məsələ tezliklə həllini tapmalıdır. İranın Azərbaycandakı mümkün səfiri kimi Mədəniyyət və Kommunikasiya Təşkilatının sabiq rəhbəri və hazırda Bosniya və Herseqovinadakı səfir Əbuzər İbrahimi Türkmanın adı çəkilir”, - deyə sayt qeyd edib.
1961-ci il Vyana Konvensiyasına əsasən, səfir təyin edilməsi onu göndərən ölkənin səlahiyyətində olan məsələdir və öz istədiyi şəxsin namizədliyini irəli sürə bilər. Lakin praktikada beynəlxalq nəzakət qaydalarına riayət olunması nəzərə alınır və səfir təyin etmək istəyən ölkə elə şəxsin namizədliyini irəli sürməlidir ki, qarşı tərəf ona aqreman versin. Aqreman verilməməsi isə belə olur ki, təyin edən ölkəyə imtina barədə heç nə deyilmir, sadəcə olaraq, müəyyən müddət razılıq verilmir və bu, imtina kimi başa düşülür.
Təyin edən ölkə belə bir imtina cavabı ilə üzləşmək istəmirsə, elə bir şəxsin namizədliyini irəli sürməlidir ki, göndərildiyi ölkənin ona qarşı heç bir narazılığı olmasın və səfir kimi qəbul etməyə razılıq versin.
“İranın Azərbaycana səfir təyinatı prosesi son mərhələdədir".
Bu barədə isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai İran mediasına məlumat verib. “Azərbaycan Respublikası ilə münasibətlərin normallaşması prosesini nəzərə alaraq, lazımi addımlar atılıb və səfirin seçilməsi prosesi son mərhələdədir: ”Azərbaycan Respublikası ilə münasibətlərimiz həmişə normal və dostluq çərçivəsində olub".
Təyinatın bu qədər yubadılması münasibətlərdə indiyə qədər olan problemlərdən qaynaqlanır, yoxsa texniki məsələdir? Pezeşkianın səfərindən sonra İran-Azərbaycan münasibətlərində yumşalma müşahidə olunur. İran səfirinin göndərilməsi yaxın vaxtlarda reallaşacaqmı?

Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycandakı səfirinin təyin olunması artıq bir neçə aydır yubanır:
 “Məsud Pezeşkianın Azərbaycana səfəri ərəfəsində də səfirin təyinatının ləngiməsinin texniki məsələlərlə bağlı olduğu bəyan edilirdi. Eyni bəyanatlar indi də verilir. Bu texniki məsələlər nədən ibarətdir? Həqiqətən də səfirin təyinatının ləngiməsində bu gün başqa səbəblər yoxdur, texniki prosedur səbəblər üzündən təyinat ləngiyir. Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası müəyyən eləyir ki, bir ölkənin digər ölkəyə səfir təyin etməsi üçün əvvəlcə səfir təyin olunacaq ölkəyə müraciət olunur, namizədin kim olacağı bildirilir və bu ölkənin razılığı istənilir. Bu razılıq aqreman adlanır. Səfir təyin olunacaq ölkə araşdırmalar aparır, təyin olunacaq səfirin tərcümeyi-halını, fəaliyyətini və digər məsələləri araşdırdıqdan sonra ya razılıq verir, yaxud etiraz edir. Razılıq verildikdən sonra həmin şəxsin səfir təyin olunması barədə növbəti addımlar atılır. İran tərəfinin iddiasına görə, bundan əvvəl Azərbaycanda səfir təyin olunmağa göstərilən namizəd aqreman ala bilməyib. Azərbaycan həmin namizədə etiraz eləyib. Namizədin kimliyi barədə təbiidir ki, məlumat yoxdur. İndiki şəraitdə növbəti namizəd İranın Bosniya və Hersoqovinadakı səfiri Əbülfəz İbrahimi Türkmən müəyyən olunub və namizədin adının elan olunması o deməkdir ki, artıq bu proses sona çatmaqdadır. Ola bilsin ilkin razılaşma da var. Əks halda, ad açıqlanmazdı. Yəqin ki, yaxın vaxtlarda İranın Azərbaycandakı səfiri təyin olunacaq”.
Ekspert vurğuladı ki, aqreman alınması prosesi çox mühüm prosesdir. Çünki səfirlərin əsas işi iki ölkə arasında dostluq münasibətlərinin yaranması istiqamətində fəaliyyət göstərməkdir: “Səfirin fəaliyyətinin uğurlu olması üçün lazımdır ki, təyin olunacağı ölkə ilə onun arasında heç bir problem olmasın, onun fəaliyyətində, bəyanatlarında təyin olunacağı ölkəni narahat edən, qane etməyən məqamlar olmasın. İran Prezidentinin Azərbaycana uğurlu səfərindən sonra yəqin ki, bu proses sürətləndirilib və yaxın vaxtlarda bu texniki məsələlər tamamilə həll olunduqdan sonra biz İranın Azərbaycandakı səfirinin tam fəaliyyətə başlamasının şahidi olacağıq. İndiki şəraitdə bu prosesin yubadılması təbiidir ki, dövlətlərimizin maraqlarına qətiyyən xidmət eləmir”.

Aydın Quliyev 
Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, İranın Azərbaycana yeni səfir təyinatının gecikməsi bir siyasi fakt olaraq ortadadır:
 “Bu yalnız hansısa xüsusiyyətlərə malik diplomat kadrın seçilməsi zərurəti ilə tam şəkildə bağlı deyil. İran çoxəsrlik dövlətçilik tarixi olan ölkədir. Bu ölkədə diplomat hazırlıqlarına xüsusi prinsiplərlə və meyarlarla yanaşıldığını bilirik. Təbii ki, oturuşmuş bir dövlət olaraq İran diplomatiyasında hər xüsusiyyətlərə və hər ölkədə hər cür şəraitdə işləməyə qadir diplomat kadrların yetişdirildiyinə şübhə yoxdur. Bu nöqteyi-nəzərdən İranın Azərbaycana yeni səfir göndərməsinin hansısa kadrın axtarışı ilə bağlı olduğunu düşünmürəm. İstənilən vaxt belə bir kadrı tapıb ortaya çıxarmaq və ona Azərbaycanda necə işləməklə bağlı təlimatı vermək mümkündür. Məncə, İran Azərbaycanla hələlik hansı səviyyələrdə və hansı istiqamətlərdə daha üstün siyasət aparacağını müəyyənləşdirməyib. Konkret desək, İranın hansı Azərbaycanla hansı kursda siyasət aparacağı, görünür, hələ Tehranda tam dəqiqləşməyib. Ona görə də yeni səfirə hansı təlimatın veriləcəyi də qeyri-müəyyəndir. Digər tərəfdən, İran-Azərbaycan münasibətlərində hələ aydınlaşmamış, hələ həll olunmamış məsələlər var. Xüsusilə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və onun arxasında dayanan bütün nüanslar hələ tam aydınlaşdırılmayıb. Bəlkə də İran üçün aydındır, amma bununla bağlı Azərbaycana aydın mesajlar verilməyib. Azərbaycan da bu kimi məsələlərə xüsusi önəm verir. Səfir təyinatı məsələsində bu məqam da müəyyən təsirini göstərir”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see189

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see156

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see153

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri