Icma.az
close
up
RU
İranın Azərbaycanda təxribatına imkan verilməyəcək

İranın Azərbaycanda təxribatına imkan verilməyəcək

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Formalaşmaqda olan yeni dünya düzəni Azərbaycanın da milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində bir sıra addımlar atmasını zəruri edir.

Bu baxımdan, xarici təhdidlərə qarşı mübarizə Azərbaycan dövlətinin qarşısında prioritet məsələ kimi dayanır. Belə təhlükələr yalnız hərbi formada deyil, həm də siyasi, iqtisadi, hüquqi, ideoloji, mədəni şəkildə də ola bilər. Prezidenti İlham Əliyev məhz bu xarici təhdidlər və onların daxili təsirlərinə qarşı mübarizənin strategiyasını Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilmiş VIII qurultayındakı çıxışında müəyyən edib. 

Təcrübə göstərir ki, Azərbaycana ideoloji təhdidlər əsasən qonşu dövlətlərdən daha çox gəlir. Bu sırada İran daim Azərbaycana qarşı fəaliyyəti ilə özündən söz etdirməyi bacarıb, illərlə davam edən dini-ideoloji təxribatları ən yüksək səviyyəyə çatdırmaqla ölkəmizin daxili işlərinə müdaxilədən vaz keçməyib.
 Azərbaycan isə həmsərhəd olduğu ölkələrlə münasibətləri bərabərhüququlu dinc əməkdaşlıq, yaxın qonşuluq və mehriban dostluq prinsipi əsasında qurmağa üstünlük verir.

Lakin Azərbaycanın sərgilədiyi bu münasibətə yeni-yeni təxribat cəhdləri ilə cavab verməyə çalışan İran İslam Respublikası mütəmadi olaraq Azərbaycanın daxili işlərinə müdaxilə edir, ictimai rəyi çaşdırmağa və dövlətin əleyhinə yönləndirməyə çalışır. İranın mövcud rejiminin bu siyasətinin kökü hələ 1990-cı illərə dayanır. 1991-ci ildən bəri İran rejimi və onun ideoloqları Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qəbul edə bilmirlər. 

Məhz bu səbəbdən rəsmi Tehran Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistana dəstək verdi. İran hakimiyyəti işğal olunmuş ərazilərdə yaradılmış terrorçu rejimi silahla, maliyyə, ərzaq və yanacaqla təmin etdi. Həmin torpaqlarda narkotik becərilməsi üçün istifadə edən İran işğal altındakı yaşayış məntəqələrini söküb yağmalamaqda ermənilərdən az cinayət törətməyib. 

Azərbaycan 2020-ci ildə öz ərazilərini işğaldan azad etdikdən sonra regionda yaranmış yeni geosiyasi reallıqları İran hələ də qəbul etmək istəmir. Vətən müharibəsinin ilk günlərindən etibarən İranın Ermənistana yardm göstərdiyinə dair ard-arda paylaşılan məlumatlar bu siyasətin dövlət səviyəsində aparıldığının təsdiqidir.

Müharibədən sonrakı sülh quruculuğu dövründə İran rəsmiləri Zəngəzur dəhlizinin açılmasına lazım gəlsə, güc yolu ilə olsa belə, imkan verməyəcəkləri ilə təhdid edirlər. Bütün bunlara rəğmən, Azərbaycan İranla münasibətlərdə hər zaman sülh şəraitində dinc yanaşı yaşamağa üstünlük verib. 2025-ci ilin iyun ayında, eləcə də 2026-cı il fevralın 28-də İrana qarşı İsrail və ABŞ tərəfindən başladılan müharibə zamanı Azərbaycan neytrallıq nümayiş etdirdi.

Hətta Tehran rejiminin martın 5-də Naxçıvan ərazisinə dronlarla hücum etməsinə baxmayaraq, Azərbaycan İrana humanitar yardım göstərən ilk dövlət oldu Amma indiyə qədər bu dost münasibət daha çox birtərəfli xarakter daşıyıb və İran Azərbaycan ərazisində təxribatlar törətməyə çalışıb. İranda yaşayan 30 milyondan çox türkün öz dövləti olan Azərbaycan Respublikasına münasibətdə tarixi-milli köklərinə bağlılıq nümayiş  etdirməsi İran rejiminin ölkəmizə qarşı siyasətini körükləyən amillərdəndir.   

İran rejimi hər zaman Azərbaycana “İslam inqilabını ixrac etmək” adı altında dövlətin ideoloji əsaslarını zəiflətməyə, məzhəbçilik zəminində xalq arasında parçalanma yaratmağa səy göstərib. Zaman-zaman bunu sakitcə etməyə çalışsa da, bəzən təhdidedici ritorikaya keçiddən də vaz keçməyib. 
Radikal dini ideologiyanı yaymaqda məqsəd Azərbaycanın dövlət quruluşunu və konstitusion əsaslarını sarsıtmaq olub. İran rejimi Azərbaycanda nəinki ayrı-ayrı vətəndaşları, hətta azyaşlı uşaqları belə, öz tərəfinə çəkmək təbliğatı aparıb.

Orta məktəblərdə təhsil alan kişikyaşlı şagird qızlar hicab bağlamağa məcbur edilib, oğlanlar məscidlərə, aşura mərasimlərində zəncir vurmağa cəlb edilib. Bununla da İran gələcəkdə Azərbaycanda siyasi və ideoloji təxribatlar törətmək üçün özünə sosial baza formalaşdırmağa çalışıb. Bu bazanı hər cür təxribata hazır vəziyyətə gətirmək üçün bütün dini-ideoloji, maliyyə, siyasi resurslarını səfərbər edib. Əslində, burada daha təhlükəli bir məqam da var. Orta məktəbdə oxuyan uşaqların hicab bağlaması və radikal dini baxışlara yönləndirilməsi onlarda psixoloji travma, aqressiya yaradır.

Təcrübə göstərir ki, İran hakimiyyəti belə uşaqları və yeniyetmələri sonra terror təşkilatlarının sıralarına cəlb edir, müharibələrdə “canlı qalxan” kimi istifadə edir. Belə olmasaydı, ölkəsində qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai şəxsləri həbs etməz, zindanda ağır işgəncələrə məruz qoymaz, hətta öldürməzdi.

Lakin Azərbaycan nə Livandır, nə də Yəmən. Azərbaycan müstəqil, dünyəvi dövlətdir. Heç bir dövlət, o cümlədən İran Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz. İranın başqa ölkələrdə həyata keçirdiyi pozucu fəaliyyət Azərbaycanda qeyri-mümkündür. Azərbaycan xalqı və dövləti qan bahasına əldə etdiyi müstəqilliyini, bərpa etdiyi suverenliyini, insan hüquq və azadlıqlarının aliliyini bütün təxribatlardan qorumağa qadirdir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İran təxribat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri