İranın Bəhreyndə vurduğu ABŞ bazasının bərpasına 400 milyon dollar lazım olacaq
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
ABŞ Bəhreyndə yerləşən Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus bazanın infrastrukturunun bərpasına təxminən 400 milyon dollar xərcləməli olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Pentaqonun açıq məlumatları əsasında hazırladığı qiymətləndirməyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, baza 2026-cı ilin fevral ayının sonundan iyun ayına qədər İranın endirdiyi zərbələr nəticəsində ciddi ziyan görüb. Hücumlar zamanı 10-dan çox bina, eləcə də iki peyk rabitəsi terminalı zədələnib. ABŞ bazadakı şəxsi heyətin böyük hissəsini təxliyə edib və ərazidə yalnız məhdud sayda hərbçi saxlayıb.
Qəzetin mənbələrinin sözlərinə görə, Vaşinqton Bəhreyndəki bazanı modernləşdirməyi planlaşdırır. Bununla yanaşı, WSJ-nin həmsöhbətləri hücuma məruz qalmış bəzi obyektlərin bərpasından imtina edilə biləcəyini də istisna etməyiblər.
WSJ-nin hesablamalarına görə, yalnız dağıdılmış binaların analoqlarının yenidən inşası təxminən 400 milyon dollara başa gələ bilər. Bu məbləğə bazanın müdafiəsinin gücləndirilməsi və dağıntıların təmizlənməsi ilə bağlı əlavə xərclər daxil deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 İyun 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















