İranın BMT yanındakı daimi nümayəndəliyi Trampın bəyanatına cavab verdi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tehran Vaşinqtonla dialoq aparmağa hazırdır, lakin zərurət yaranarsa, İran özünü müdafiə edəcək və güclü cavab verəcək.
Oxu.Az bildirir ki, bu barədə İranın BMT yanındakı daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Trampın "nəhəng armadanın" İrana yaxınlaşması barədə bəyanatı və hərbi əməliyyat keçirməklə bağlı hədələri ilə əlaqədar məlumat yayıb.
"Sonuncu dəfə ABŞ məsuliyyətsiz şəkildə Əfqanıstan və İraqdakı müharibələrə cəlb olunanda yeddi trilyon dollardan çox vəsait xərcləmiş və 7 000-dən çox amerikalı həyatını itirmişdi. İran qarşılıqlı etimad və maraqlar əsasında dialoq aparmağa hazırdır, lakin məcbur edilərsə, özünü müdafiə edəcək və əvvəllər görünməmiş bir cavab verəcək", - deyə missiyanın məlumatında vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















