Icma.az
close
up
RU
İranın bombalanması ciddi geosiyasi dəyişikliklərə səbəb olacaq

İranın bombalanması ciddi geosiyasi dəyişikliklərə səbəb olacaq

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

"Amerika prezidenti Donald Tramp İrana iki ay müddətində yeni şərtlərlə razılaşma imzalamaq üçün vaxt verib. Bu yeni şərtlər, əsasən, uranın saflaşdırılması prosesinə nəzarət və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İrana geri qayıdıb, bu resurslara baxış keçirməsi ilə bağlıdır. Şübhə yoxdur ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. Hətta, bunun yalnız mülki məqsədlərlə edildiyini iddia etsə də, Amerika Birləşmiş Ştatları vurğulayır ki, əgər İran nüvə başlığı əldə edərsə, bu, təkcə bölgəyə deyil, həm də onun ən böyük müttəfiqi olan İsrailə ciddi təhlükə yaradacaq".

Bu sözləri Manset.az-a siyasi şərhçi Əziz Əliyev deyib. 

O bildirib ki, İranın proksi qruplarının sıradan çıxarılması prosesi gedir:

"Məsələn, Hizbullalar və digər müttəfiqlər üzərində təsir göstərilib. Son dövrlərdə isə Husilərin bombalanması prosesini də müşahidə edirik. Yəni, İranın müttəfiqləri və resursları sıradan çıxarılır.

 B-52 bombardmançı təyyarələri artıq Körfəzə göndərilib. Xaminei ilə Tramp arasında məktublaşma və yazışmalardan sonra İran tərəfi hələ də 100%-lik "yox" cavabını verməsə də, kiçik bir imkan qapısı açıb. Bu vəziyyətdə İran razılaşmasa və apardığı nüvə tədqiqatları ilə bağlı nəticələri Beynəlxalq Müşahidə Missiyasının təhlükəsizliyini təmin etməsə, daha çox sanksiya və hərbi müdaxilə gözlənilir".

Əziz Əliyev qeyd edib ki, İranın bombalanması ciddi geosiyasi dəyişikliklərə səbəb olacaq:

"İranın işğalı, qoşun yeridilməsi çox çətindir, çünki o, böyük bir ölkədir. Lakin, müttəfiqləri və İsrailin yerləşdirdiyi xüsusi silahlarla İranın nüvə proqramı hədəf alınacaq. Bu vəziyyətin qarşısında İranın adekvat cavabı İsrailə və onun müttəfiqlərinə qarşı olacaq.

Bu qarşılıqlı zərbələr, Azərbaycanın mövqeyinə də təsir edəcək. Azərbaycanın bölgədəki ciddi təsiri var. Güney Azərbaycan məsələsi üzərindən İranda parçalanma prosesi gedir. Bu, ümumilikdə İslam dünyasını da parçalaya bilər. Azərbaycana gəldikdə isə, bombalanan bir ölkənin, xüsusən ABŞ tərəfindən ciddi iqtisadi sanksiyalara məruz qalması, daxili iğtişaşlara səbəb ola bilər. Bu, İsrailin və ABŞ-nin xüsusi maraqları ilə əlaqələndirilərək, hakimiyyət dəyişikliyi və əvvəlki şah rejiminin bərpasına doğru gedə bilər. Bu proses xüsusən Güney Azərbaycanın mövqeyinə ciddi təsir göstərəcək".

Seyranə Quliyeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 04 Aprel 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri