İranın briqada generalı: 12 günlük müharibə zamanı ölkədə 2 min casus saxlanılıb
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
İranda iyun ayında 2 min casus saxlanılıb.
Moderator.az İran mediasına istinadən xəbər verir ki, bunu ölkənin briqada generalı Əbülfəz Şəkərçi deyib.
"12 günlük müharibənin əvvəlindən sonuna qədər xarici kəşfiyyatla əməkdaşlıq edənlər tutulub. İyun ayında saxlanılan casusların sayı 2 minə çatıb", - general bildirib.
Onun sözlərinə görə, İranda geniş casus şəbəkəsinin qurulmasına böyük məbləğdə pul xərclənib. "Belə bir şəbəkəni yenidən qurmaq asan olmayacaq", - Şəkərçi əlavə edib.
İranlı general vurğulayıb ki, ölkənin dəniz və quru qoşunlarının çox hissəsi müharibədə istifadə olunmayıb, raket imkanları da tam hazır vəziyyətdədir.
Xatırladaq ki, 12 günlük müharibə bu ilin iyunun 13-də səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu ilə başlayıb. İranın əks-reaksiya verməsi ilə davam müharibə iyunun 24-də atəşkəs razılaşması ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 23 Dekabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















