Icma.az
close
up
RU
“İranın bu saat 73 milyon barrel nefti əlində qalıb… Bunlar bilirsiz nəyin acı nəticəsidir?..”

“İranın bu saat 73 milyon barrel nefti əlində qalıb… Bunlar bilirsiz nəyin acı nəticəsidir?..”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Tramp isə Yaxın Şərqin gələcəyini Səudiyyə Ərəbistanı və Türkiyə ilə - Ərdoğanla qurmağı planlaşdırır.  Odur ki, İranın nüvə proqramıyla bağlı məsələnin hansı yolla həll ediləcəyini söyləmək o qədər də asan deyil...”

“Təbii ki, İran dinc yolla nüvə proqramına son qoymayacağı halda ABŞ və İsrail tərəfindən onun nüvə obyektlərinin vurulması mümkündür. İndiki dünyada hər şey baş verə bilər. Məsələn, 2022-ci ilin fevralınadək kimin ağlına gələrdi ki, Rusiya Ukraynaya bu qaydada genişmiqyaslı təcavüz edə bilər. Bu baxımdan İrana da hücum ehtimalı var. Düzdür, ABŞ-İran danışıqları hələki dayanmayıb. Tramp isə Yaxın Şərqin gələcəyini Səudiyyə Ərəbistanı və Türkiyə ilə - Ərdoğanla qurmağı planlaşdırır.  Odur ki, İranın nüvə proqramıyla bağlı məsələnin hansı yolla həll ediləcəyini söyləmək o qədər də asan deyil”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov “Bu günlərdə də İsrail mediasında İranın nüvə obyektlərinə hücum planlaşdırılması barədə səslənən məlumatlar nə dərəcədə həqiqətə uyğundur və hazırkı geo-siyasi durumda bu, mümkün görünürmü” sualını cavablandırarkən söyləyib.

“Digər tərəfdən, vaxt keçdikcə İranda daxili iqtisadi-sosial durum ağırlaşır. Qərbin sanksiyaları öz təsirini göstərir. Məsələn, adi bir misal. Hazırda neft anbarları da olmadığından İranın dəniz üzərindəki tankerlərində təxminən 73 milyon barrel nefti mövcuddur. Onu heç kəs almır. Əvvəllər İran neftini ən azı Çin və Hindistan bazar qiymətindən aşağı qiymətə alırdı. Trampın bəzi bəyanatlarından sonra Çin də, Hindistan da və bir sıra digər alıcılar da cənub qonşumuzun  neftini almaqdan imtina etdi.  Deməli, neftin barrelinin dünya bazarındakı qiymətini 70-72 dollar hesab etsək, İranın bu saat təxminən  5,2 milyard dollarlıq nefti əlində qalıb. Bütün bunlar bilirsiz nəyin acı nəticəsidir? İranın son onilliklərdə öz xarici siyasətində buraxdığı səhvlərin...”,- deyə davamında diplomat diqqətə şatdırıb.

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see265

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see227

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see146

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri