İranın cavab zərbəsi “Sərt Cəza Əməliyyatı” adlandırıldı DƏHŞƏTLİ BOMBARDMAN KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Silahlı Qüvvələrinin İsrailə qarşı başladığı hərbi cavab əməliyyatı rəsmi şəkildə “Sərt Cəza Əməliyyatı” (Fars dilində: عملیات تنبیه شدید) adlandırılıb.
İran mediası və “Al Alam” telekanalının yaydığı məlumata görə, əməliyyat İsrailin son günlər ərzində İran ərazisindəki hərbi obyektlərə endirdiyi zərbələrə cavab olaraq hazırlanıb və icra olunur.
KONKRET.az xəbər verir ki, əməliyyatın məqsədi İsrailin hərbi infrastrukturlarına və mühüm obyektlərinə ciddi zərbə vurmaq, eyni zamanda bu ölkənin regionda apardığı siyasətə sərt cavab verməkdir.
İran hərbi rəhbərliyi bildirib ki, bu, yalnız başlanğıcdır və İsrail hücumlarını davam etdirərsə, cavab daha genişmiqyaslı olacaq. Regionda vəziyyət son dərəcə gərgindir və beynəlxalq ictimaiyyət münaqişənin böyüməsindən ciddi narahatlıq keçirir.
https://konkret.az/cloud/uploads/2025/06/video_2025-06-13_22-22-45.mp4
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 İyun 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















