İranın cənubunda 30 dan çox mülki ölüb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlərdə ABŞ-nin İranın cənubuna hərbi hava hücumlarında 30-dan çox mülki vətəndaş ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Ölənlərin ailələrinə başsağlığı verir, xatirəsini yad edirik. İran hökuməti bütün imkanları ilə vətəndaşların yanında olacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 İyul 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















