Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

İranın çirkin planı: Naxçıvana hücum dünyanı silkələdi

İranın çirkin planı: Naxçıvana hücum dünyanı silkələdi

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan ictimaiyyəti üçün İranın riyakarlığı yeni deyil. Uzun illərdir ki, Tehran rəsmiləri bir tərəfdən “qonşuluq”, “sülh” və “ərazi bütövlüyünə hörmət” kimi şüarlar səsləndirir, digər tərəfdən isə regionda sabitliyi pozan addımlar atmaqdan çəkinmir. Bu siyasət artıq o qədər açıq və aşkar xarakter alıb ki, onu təkcə siyasətçilər deyil, ən sadə vətəndaş belə aydın şəkildə görür və anlayır.

Martın 5-də baş verən hadisə isə bu riyakarlığın növbəti bariz nümunəsi oldu. Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldı. Mülki obyektlərin hədəf alındığı bu hadisə rəsmi Bakı tərəfindən açıq şəkildə terror aktı kimi qiymətləndirildi.

Prezident İlham Əliyev də məsələ ilə bağlı çıxışında İranın bu addımını qəti şəkildə pislədi və açıq mesaj verdi ki, Azərbaycan öz ərazisinə qarşı yönəlmiş heç bir təxribatla barışmayacaq”.
 Bunu Ölkə.az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

Tehranın  yenə də köhnə adətlərindən əl çəkmədiyinə diqqət çəkən deputat bildirib ki, rəsmi Bakı hadisənin araşdırılmasını, məsul şəxslərin cəzalandırılmasını və rəsmi üzr istənilməsini tələb etsə də, Tehranın reaksiyası gözlənildiyi kimi oldu: “İran rəhbərliyi üzr istəmək və məsələni obyektiv araşdırmaq əvəzinə məsuliyyətdən yayınmağa çalışdı.

İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranın guya heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmadığını iddia etdi.

Onun sözlərinə görə, Tehranın mövqeyi dövlətlərin ərazi bütövlüyünə hörmət və regionda davamlı sülh arzusuna əsaslanır. “İran heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmayıb”,- Pezeşkian vurğulayıb. Lakin bu bəyanatlar baş verən faktlarla tam ziddiyyət təşkil edir. Çünki reallıq ortadadır. Azərbaycan ərazisi dronlarla vurulub və bu hadisə heç bir şəkildə təsadüf kimi təqdim edilə bilməz.

Riyakarlığın başqa nümunəsi isə İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamsıdır. O, NBC-yə müsahibəsində bildirib ki, İranın Türkiyə və Azərbaycan kimi qonşu ölkələrə hücum planı yoxdur. “Azərbaycana dronların buraxılması üçün heç bir səbəb yoxdur. Hadisəni araşdırırıq, bəlkə də başqa yerdən buraxılıb və ya texniki problem yaranıb”, - deyə o qeyd edib.
Bu isə Tehranın ənənəvi taktikasını xatırladır. Əvvəl hadisə baş verir, sonra isə məsuliyyəti inkar etmək və ya qeyri-müəyyən izahlar vermək cəhdi göstərilir.

Bu davranış Azərbaycana tanışdır. Çünki oxşar vəziyyət 2023-cü ildə də baş vermişdi. Həmin vaxt 2023-cü ildə  Azərbaycanın Tehrandakı səfirliyindəki terror aktı zamanıda  eyni ilə bu  riyakar taktikadan istifadə edildi. İlk günlərdə İran bu hadisədə dövlətin məsuliyyəti olmadığını iddia edirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin  qətiyyətli mövqeyi nəticəsində Tehran geri addım atmağa məcbur qaldı və rəsmi üzr istədi”.

Deputatın fikrincə, bu fakt göstərdi ki, İran yalnız qəti və prinsipial mövqe qarşısında geri çəkilir:
“Odur ki, molla rejimi Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında mesaj düzgün oxyub adekvat addım atmalıdır. 

Birincisi, Azərbaycan ərazisinə qarşı törədilmiş bu hücum terror aktıdır və buna görə İran məsuliyyət daşıyır. Hadisəni törədənlər məsuliyyətə cəlb olunmaslı və Azərbaycandan rəsmən üzr istənilməlidir.

İkincisi, Azərbaycan bu cür təxribatlarla barışmayacaq. Silahlı Qüvvələrə cavab tədbirlərinin hazırlanması ilə bağlı tapşırıq verilib.

Üçüncüsü, Azərbaycanı təzyiq və qorxu yolu ilə geri çəkilməyə məcbur etmək mümkün deyil.
Dördüncüsü, bu cür qarayaxma və böhtan kampaniyaları artıq nəticə vermir və verməyəcək.
Beşincisi, Azərbaycan heç vaxt öz ərazisini başqa dövlətlərə qarşı istifadə etdirməyib və bundan sonra da etdirməyəcək. Azərbaycanın siyasəti qonşularla normal münasibətlər qurmaqdır. Lakin bu, ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş təxribatlara göz yumulacağı anlamına gəlmir.

Prezident İlham Əliyevin sözləri ilə desək:“Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı”.

Bu hadisə bir daha göstərdi ki, regionda sabitliyi pozan addımların nəticəsi ağır ola bilər. Azərbaycan artıq dəfələrlə sübut edib ki, öz təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir.

Tehran Bakının mesajlarını, o cümlədən dünyanın bu hadisə ilə bağlı verdiyi reaksiyanaı  düzgün oxumalıdır. Əks halda, bu riyakarlıq və nankorluq siyasətinin nəticələri molla rejimi üçün çox ağır ola bilər”.
 

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Mart 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri