İranın daxili işlər naziri: ölkə əhalisi 75 ilə 40 milyondan aşağı düşəcək
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Mumini əhalinin getdikcə azaldığını qeyd edərək, bunun gələcək illərdə ölkə üçün ən ciddi problemlərdən birinə çevriləcəyini deyib.
“Əgər indiki vəziyyət dəyişməzsə, İran əhalisi 75 il ərzində 40 milyondan az olacaq. Bu isə ölkənin çox ciddi bir problemlə üzləşməsinə səbəb olacaq”, - deyə nazir vurğulayıb.
Əhali probleminin həlli məqsədilə Əhali və Vətəndaşlıq İşləri Qurumunun universitetlərlə əməkdaşlıq etməsinin vacibliyini qeyd edən Mumini, bu sahədə düzgün və elmi təhlillərin aparılmasının zəruri olduğunu bildirib.
Mumini iqtisadi amillərin uşaq sahibi olmağa böyük təsir göstərdiyini deyib. “Problem yalnız bununla məhdudlaşmır. Mədəni məsələlər və həyat tərzi də uşaq sahibi olmaq qərarında həlledici rol oynayır. Daha az uşaq sahibi olmaq istəyi bəzi ailələrdə artıq həyat tərzinə çevrilib. Əhali siyasəti iqtisadi və mədəni amilləri də əhatə edəcək şəkildə tənzimlənməlidir”, - deyə sözlərinə davam edib.
İran 1990–2010-cu illər arasında nəzarətli əhali artımı siyasəti həyata keçirərək əhali artım tempini azaltmağa çalışıb. Lakin 2012-ci ildə İranın ali rəhbəri Əli Xameneinin göstərişi ilə bu siyasətdən imtina edilib və əhalinin sayını 150–200 milyona çatdırmaq məqsədilə yeni tədbirlərə başlanılıb.
Bu çərçivədə əhali planlaşdırılması üçün ayrılan vəsaitlər ləğv edilib və həmin maliyyə resursları daha çoxuşaqlı ailələrin təşviqinə yönəldilib.
“Worldometer” internet saytının Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsaslanan hesabatına görə, hazırda İranın əhalisi 92 milyon 400 mindən çoxdur.
Qadir, Bizimyol.info
Baxış sayı:61
Bu xəbər 27 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















