Icma.az
close
up
RU
İranın Ermənistandakı səfirinin “təxribat missiyası” başa çatır DETALLAR

İranın Ermənistandakı səfirinin “təxribat missiyası” başa çatır DETALLAR

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin səlahiyyət müddəti sentyabrda başa çatır. Əslində bunu “təxribat missiyası”nın başa çatması kimi də qiymətləndirmək olar, çünki onun İrəvana səfir təyin edilməsinin səbəblərini və fəaliyyətini incələdikdə hədəfin İran-Ermənistan münasibətlərinin qurulmasından daha çox, İran-Azərbaycan münasibətlərinin pozulması olduğu görünürdü.
Sobhanin səfir kimi fəaliyyətində iki xətt xüsusilə seçilirdi:
1. Qarabağda keçmiş separatçı rejimin dəstəklənməsi – Azərbaycana qarşı separatizmin körüklənməsi;
2. İranın Ermənistana hərbi dəstəyini, xüsusilə silahların verilməsini təmin etmək;
Bu kontekstdə onun Ermənistana səfir təyin edilməsi tarixi xüsusilə diqqət çəkir. İranlı diplomat Ermənistana göndərilməmişdən öncə Suriyada səfir kimi fəaliyyət göstərirdi. Onun Suriyadakı fəaliyyəti birmənalı qarşılanmır. Yayılan məlumatlarda Sobhaninin Suriyada səfirdən daha çox, kəşfiyyatçı kimi işlədiyi və bölgədə silahlı birləşmələrin qurulmasında rol aldığı deyilirdi. Belə bir diplomatın 2023-cü ilin martında – Qarabağda separatçı rejimin qalıqlarının hələ də mövcud olduğu vaxt Ermənistana göndərilməsi şübhələr yaradırdı. Ermənistanda fəaliyyətə başlayan kimi Azərbaycana qarşı çıxışlara start verməsi, xüsusilə Qarabağda qalan separatçıları dəstəkləməsi belə şübhələri artırırdı. Həmin vaxt Türkiyə mediası yazırdı ki, Sobhaninin təyinatının arxasında İranda Azərbaycana qarşı olan qüvvələr dayanır və məqsəd Qarabağda Suriya təcrübəsinin tətbiq edilməsi, yəni qondarma rejimin qalmasını təmin etmək olub. Eyni zamanda, Sobhaninin missiyası İran rəhbərliyini bölgədə siyasi, iqtisadi və hərbi müstəvidə Ermənistanı dəstəkləməsinə inandırmaq idi. İran səfirinin separatizmə açıq dəstək verməsi və bütün fəaliyyətini Azərbaycana qarşı qurması onun Ermənistana xüsusi missiya ilə səfir göndərildiyi fikrini daha da gücləndirirdi. Məlumatlara görə, İran səfiri Tehrana göndərdiyi məruzələrində Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında israr edir, hətta bu silahların satılması yox, hədiyyə kimi verilməsini istəyirdi.
Sobhanini “silahlandıraraq”, İrəvana göndərilməsində iki maraqlı qüvvə görünürdü.
Birincisi, İran siyasi istebleşmentində Azərbaycana qarşı olan qruplar, mühafizəkar dəstənin siyasi və hərbi qanadı;
İkincisi, Ermənistanda “müşahidəçilər” adı altında hərbi qüvvə yerləşdirən Qərb ölkələri;

Diqqətçəkən idi: Ermənistan Aİ müşahidəçiləri qismində bölgəyə “kənar qüvvələr” gətirsə də, İran daim Azərbaycanı ittiham edirdi. Bu ittihamlarda siyasi hədəflərin olması ilə yanaşı, Sobhaninin də rol oynadığı ehtimalları vardı. Məlumatlara görə, o, Tehrana Ermənistanda yerləşdirilən Qərb qüvvələrinin İrana təhlükə yaratmadığına dair “hesabatlar” göndərib. Bu prosesdə İrandakı mühafizəkar qanadla Ermənistana qüvvələr yerləşdirən Qərb ölkələrinin maraqlarının uzlaşması müşahidə edilirdi. Və burada Sobhani faktoru yenidən ön plana çıxır.
Mehdi Sobhani 1990-cı illərdə İranın Aərbaycandakı səfirliyində üçüncü, daha sonra ikinci katib kimi fəaliyyət göstərib. Hələ həmin dövrdə onun diplomatdan daha çox, kəşfiyyatçı kimi fəaliyyəti qeydə alınıb. Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edən Sobhani Bakı-Tbilisi-Ceyhan layihəsinin əleyhinə fəaliyyəti ilə də xatırlanır. O, bir tərəfdən Xəzərin enerji resurslarının Avropa bazarına çıxarılmasında İranın şimalının (Cənubi Azərbaycan) əsas marşrut kimi seçilməsini təbliğ edir, bunun üçün hətta yerli mediada “bunun Cənubi Azərbaycanın iqtisadi inkişafına səbəb olacağına” dair təbliğat qurmağa çalışır, digər tərəfdən, II katib kimi Qərb ölkələrinin Bakıdakı səfirliklərində görüşlər keçirərək, Xəzərin enerji resurslarının Bakı-Tbilisi-Ceyhan xətti üzrə yox, məhz İrandan keçməsinin üstünlükləri haqda “məruzələr” deyirmiş. İstisna edilmir ki, Sobhani məhz həmin zaman Qərbin xüsusi xidmət orqanlarının diqqətinə düşüb, hətta müəyyən təmaslar da yaranıb. Belə bir diplomatın Cənubi Qafqazın gələcəyinin həlledici anında regiona göndərilməsi təsadüfə bənzəmirdi.
Sobhaninin “seçilməsi”ndə onun şəxsi keyfiyyətlərinin də rol oynadığı istisna edilməməlidir. İranın Gülüstan vilayətinin Galikəş şəhərində doğulan Sobhani ölkədəki etniklərə nifrəti ilə tanınır. Onun İran prezidenti Məsud Pezeşkiana nifrəti də məhz azərbaycanlı olmasından qaynaqlanır. İranın Azərbaycandakı keçmiş səfiri, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində çalışan Abbas Musəvinin geri çağırılmasında Sobhaninin rolu olduğu haqda məlumatlar vardı. Etnik kimliyinə (azərbaycanlı olduğu deyilsə də, mazandaranlı idi) görə A.Musəvi haqqında İranda “Azərbaycan maraqlarının müdafiəçisi” rəyi yaradılırdı və bu fikirlərin Sobhani tərəfindən ortaya atıldığı deyilirdi.
Artıq Sobhaninin missiyası başa çatır və Bakı-İrəvan xəttində son anlaşmalar, Zəngəzur dəhlizinin rəsmiləşməsi, sülh sazişinin paraflanması fonunda bu təsadüfi deyil. Görünür, Sobhaninin uğursuzluqla nəticələnən “təxribat missiyası”na ehtiyac qalmayıb.
Asif Nərimanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Avqust 2025 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri