İranın hücumları barədə tam həqiqət ictimaiyyətdən gizlədilib KİV
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin "The New York Times" nəşri Pentaqonun İranla son qarşıdurmalarla bağlı açıqladığı məlumatların tam mənzərəni əks etdirmədiyini iddia edib.
Redaktor.az xəbər verir ki, nəşr adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İordaniyada iki amerikalı hərbçinin öldüyü və bir nəfərin itkin düşdüyü hücumdan əvvəl İran tərəfi bölgədəki ABŞ qüvvələrinə daha üç hücum həyata keçirib. Mənbələrin iddiasına əsasən, həmin hücumlar zamanı çox sayda ABŞ hərbçisi yaralanıb, bir neçə helikopter isə zədələnib. Bildirilir ki, bu hadisələr Pentaqonun rəsmi açıqlamalarında yer almayıb.
Qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələrindən biri, qısa müddətdə xidmətə qayıdan hərbçilərlə bağlı məlumatların ictimaiyyətə açıqlanmasının məcburi olmadığını bildirib.
Xatırladaq ki, CENTCOM daha əvvəl İordaniyadakı ABŞ bazasına hücum nəticəsində iki hərbçinin həlak olduğunu, bir nəfərin isə itkin düşdüyünü təsdiqləmişdi. ABŞ tərəfi hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 20 İyul 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















