İranın hücumundan sonra Azərbaycana dəstək nümayişi VİDEO
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının Naxçıvan ərazisindəki obyektlərə hücumu dünya birliyi tərəfindən narahatlıqla qarşılanıb və pislənilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
İranın hücumundan sonra Azərbaycana dəstək nümayişi - VİDEO
Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək məlum hadisəyə qəti etiraz bildirib. Belə hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Qardaş ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, Türkiyə bundan sonra da həmişəki kimi Azərbaycanın yanında olmağa davam edəcək.
Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev də Ceyhun Bayramovla telefon danışığında bu hücumlardan dərin narahatlığını ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.
Həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili zəng edərək baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 05 Mart 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















