İranın iki şəhəri üsyançıların əlinə keçdi Rza Pəhləvi də ortaya atılıb
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın İraq sərhədi yaxınlığında yerləşən Abdanan şəhəri (İlam əyaləti) etirazçılar tərəfindən ələ keçirilib.
“AzPolitika” xəbər verir ki, “Fox News”-un məlumatına görə, Abdananla yanaşı, Məlikşahi şəhəri də üsyançıların nəzarətinə götürülüb.
İran Milli Müqavimət Şurası (NCRI) Abdananın faktiki olaraq ələ keçirilməsi barədə məlumat yayıb: "Bu gün İranın qərbindəki iki şəhərdə əhəmiyyətli bir hadisə baş verdi və bu şəhərlər faktiki olaraq etirazçıların nəzarəti altına keçib. İnsanlar küçələrdə bayram edirlər".
İnsan Hüquqları üzrə Milli Şuranın Prezidenti Məryəm Rəcəvi də “X”-də paylaşım edərək, Malekşahi və Abdanandakı etirazçılara minnətdarlığını bildirib. Onun sözlərinə görə, onlar "rejimin təhlükəsizlik qüvvələrini geri çəkilməyə məcbur ediblər".
Bu arada, vaxtı ilə atası ilə birlikdə İrandan qovulan Şahzadə Rza Pəhləvi “Fox News”-a verdiyi açıqlamada "keçid prosesinə rəhbərlik etmək üçün" irəli çıxdığını, məqsədinin "milli referendum və konstitusiya məclisi vasitəsilə dinc dəyişiklik” olduğunu və "həlledici döyüş üçün İrandakı mübarizəyə qoşulmağa həmişəkindən daha artıq hazır olduğunu" iddia edib.
"Mənim rolum həmvətənlərimin bu məqsədə çatmasına kömək etməkdir... Şərtlər tələb etdikcə İrana müdaxilə etməyə həmişəkindən daha çox hazıram və həlledici döyüşə rəhbərlik etmək üçün həmvətənlərimin arasında olacağam", - deyə Pəhləvi bildirib.
Qeyd edək ki, son günlər İranda milli valyuta kəskin dəyər itirib. İndi 1 dolların 146.800 tümən olduğu bildirilir. Həmçinin, sanksiyalar və İsraillə müharibənin nəticələri təxminən 50%-lik inflyasiyaya səbəb oluib. Bütün bunların fonunda başlayan etirazlar onlarla şəhəri bürüyüb. Etiraz aksiyalarında artıq onlarla insan həlak olub, minlərlə etirazçı həbs edilib. Ölkədə internet məhdudlaşdırılıb.
Bundan öncə ABŞ Prezidenti Donald Tramp ölkədə etirazların zorakılıqla yatırılması halında hərbi güc tətbiq etməyə hazır olduğunu bildirib. Bu açıqlama Tehranda kəskin reaksiya doğurub. Siyasi analitiklər vəziyyətin nəzarətdən çıxa biləcəyindən və Venesueladakıların burada da təkrar oluna biləcəyindən danışırlar. Hətta İranın Ali Lideri Ayətullah Xameneinin Moskvaya təxliyə edilməsi planları barədə məlumatlar yayılır.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















