Icma.az
close
up
RU
İranın “İlham Əliyevin MDB sammitinə getməməsi simvolik addımdır” tezisi hansı narahatlığın ifadəsidir?

İranın “İlham Əliyevin MDB sammitinə getməməsi simvolik addımdır” tezisi hansı narahatlığın ifadəsidir?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan əsilli  Məsud Pezeşkianın İranın prezidenti olmasından sonra rəsmi Bakı ilə Tehran arasında uzun zamandan bəri yaşanan gərginlik yumşaldı. 

Bu prosesdə Məsud Pezeçkianın rolu danılmazdır.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev də iki ölkə arasında münasibətlərin istiləşməsinə yönəlik bəyanatlar verdi.

Ötən müddət ərzində iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri bir sıra müsbət qərarlarla nəticələnib.

Amma İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan “Səhər Azəri” kanalı öz ənənəvi ampulasında qalıb.

Gununsesi.info-nun xəbərinə görə,”Səhər Azəri” İlham Əliyevin  Sankt-Peterburqda keçirilən MDB zirvəsində iştirak etməməsini özünəməxsus formada şərh edib.

Belə ki, adıçəkilən kanal 2022-ci ilin 22 fevralında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”sini xatırladaq, Azərbaycanın hələ də Rusiya ilə yaxın ölkə olduğunu iddia etməyə çalışıb.

“Bütün ritorikaya baxmayaraq, Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Qeyri-neft sektoru üzrə ticarət dövriyyəsində Rusiyanın payı xüsusilə yüksəkdir. Kənd təsərrüfatı məhsulları, logistika, sənaye kooperasiyası və tranzit sahələrində qarşılıqlı asılılıq mövcuddur. Bundan əlavə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycan alternativ logistika və maliyyə kanallarından biri kimi çıxış edir.

Digər tərəfdən Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin və bölmələrin sayı postsovet məkanında unikal göstəricidir. On minlərlə şagird rus dilində təhsil alır, rus dili respublikada faktiki olaraq ikinci işlək dil statusunu qoruyur. Eyni zamanda, Rusiyada milyonlarla azərbaycanlının yaşaması faktorunu unutmaq olmaz” deyə iddia olunur.

Görünür, İranın  yuxarıdakı iddiası böyük narahatçılıqdan doğub.

Çünki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Azərbaycanla bu ölkə arasında münasibətlər yenidən yaxınlaşıb.

Bundan başqa Azərbaycanıa Avropa İttifaqı arasında yeni mərhələ başlayıb.

Ölkəmiz həm Aİ, həm də bu quruma üzv olan dövlətlərlə ikitərəfli əməkdaşlıq edir.

Görünür, İran bundan narahatdır və Azərbaycanı Qərbin gözündən salmaq üçün bizi zorla Rusiyaya müttəfiq edir.

“İlham Əliyevin MDB sammitinə getməməsi simvolik addımdır” tezisi isə  Azerbaycanın müstəqil xarici siyasət yürüdən ölkə imicini zədələmək üçün ortaya atılır.

Amma son dövrlərin siyasəti göstərir ki, Azərbaycan Rusiya ilə yollarını çoxdan ayırıb.

Zatən Azərbaycan özünün Milli Təhlükəsizlik Konsepsiyasında da Avropa və Avroatlantik strukturlara inteqrasiyanı xarici siyasətinin əsas prioriteti kimi müəyyənləşdirib.

Zaman-zaman Avropa ilə yaşanan gərginliklər isə o demək deyil ki, Azərbaycan bu yoldan tam dönəcək.

Təbii ki,  ölkəmizdə insan haqları problemləri var və Avropa ilə münasibətlər istiləşdikcə, dialoq çərçivəsində bunlar da müzakirə mövzusu olacaq.

İrana isə Avropaya inteqrasiya etmiş demokratik Azərbaycan sərf etmir.

Ona görə də ölkəmizi Rusiyanın və özlərinin ortasında zəif bir dövlət kimi görmək istəyirlər.

Əliyev isə doğru olanı etdi.

Həmin tarixi 30 il Rusiyanın sayəsində işğalda qalmış, amma bugün azadlığına nail olduğumuz Qarabağda oldu.

Ona görə də “Səhər Azəri” simvolik mənanı bu konteksdə axtarsa, yaxşı olardı…

Pərviz Həşimli

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri