Icma.az
close
up
RU
İranın İsrailə hücumu: 4 nəfər öldü, 137 nəfər yaralandı YENİLƏNİB

İranın İsrailə hücumu: 4 nəfər öldü, 137 nəfər yaralandı YENİLƏNİB

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan zərərçəkənləri tapmağa tələsir.

***06:09

İranın İsrailə son hücumu nəticəsində 3 nəfər ölüb, 125 insan yaralanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İsrailin "Ynet" xəbər portalı milli təcili yardım xidmətinə “Maqen David Adom” (Davidin qırmızı qalxanı) istinadən məlumat verib.

Məlumata görə, İranın endirdiyi zərbələr nəticəsində 5 nəfər ağır, 20-yə yaxın adam orta dərəcəli, qalanları isə yüngül xəsarət alıb.

***05:31

İranın İsrailə son hücumu nəticəsində 1 nəfər ölüb, 93 insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin milli təcili yardım xidməti “Maqen David Adom” (“Davidin Qırmızı Qalxanı”) məlumat yayıb.

Təl-Əviv və ətrafını əhatə edən Quş Danda həkimlər vəziyyəti ağır olan 3 nəfərə, vəziyyəti orta-ağır olan 5 insana tibbi yardım göstəriblər, 57 nəfər isə yüngül xəsarət alıb. Şfela vadisində 28 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır, yeddisinin vəziyyəti orta ağırdır.

05:24

Bazar günü səhər İranın İsrailə endirdiyi raket zərbəsi nəticəsində bir nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə Bakıvaxtı.az İsrail mətbuatına istinadən xəbər verir.

İsrailin “Maqen David Adom” təcili yardım xidmətinin məlumatına görə, raket hücumu nəticəsində 1 qadın həlak olub, 44 nəfər yaralanıb.

İsrailin Yanğınsöndürmə və Xilasetmə İdarəsi Dan, Mərkəzi rayon və Qüdsdə qəlpələrin düşməsi xəbərini təsdiqləyib. Yaşayış binalarına ziyan dəyməsi, açıq ərazilərdə yanğınlar qeydə alınıb.

İsrailin Müdafiə Ordusu İranın bir sıra raket zərbələri endirdiyini təsdiqləyib.

"Bir müddət əvvəl İrandan İsrail dövlətinə doğru atılan raketlərin aşkarlanması ilə əlaqədar İsrailin bir neçə bölgəsində sirenlər səslənib. İsrailin Hərbi Hava Qüvvələri hazırda təhlükəni aradan qaldırmaq üçün lazım olan yerə müdaxilə edir və zərbələr endirir", - İsrail hərbçiləri bildirib.

***05:02

İranın İsrailə son hücumu zamanı 12 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti “Maqen David adom” (Davidin qırmızı Qalxanı) milli təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, İranın raket zərbələri zamanı bütün İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib. İsrailin Yanğınsöndürmə və Xilasetmə Departamenti ölkənin mərkəzində və Qüdsdə çoxsaylı raketlərin düşməsi, yaşayış binalarına ziyan vurması, açıq ərazilərdə bir sıra yanğınlara səbəb olması barədə xəbərləri təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 İyun 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri