Icma.az
close
up
RU
İranın konsulu Zəngəzurda “şeytan axtarışında”

İranın konsulu Zəngəzurda “şeytan axtarışında”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

İran Zəngəzur dəhlizində  son baş verən  proseslərə yenidən ağrılı reaksiyalar verməyə başlayıb. Tehran xüsusilə ABŞ-ın regionda artan iştirakından və TRIPP layihəsinin reallaşmasından narahatdır. İran diplomatlarının son açıqlamaları isə bu narahatlığın artıq diplomatik xəbərdarlıq səviyyəsindən emosional ritorikaya keçdiyini göstərir.

Hurriyyet.Media  xəbər verir ki, İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin Ermənistan mediasına(168.am) müsahibəsində ölkəsinin İrəvanla münasibətlərinə üçüncü dövlətlərin müdaxiləsinə imkan verilməməli olduğunu bildirib. Diplomat xüsusilə “şeytanlardan ehtiyat etmək” çağırışı ilə diqqət çəkib. İranlı diplomat Ermənistanla İran arasında minilliklərə gedib çıxan əlaqələri önə çəkərək, üçüncü tərəflərin bu münasibətlərə müdaxilə etməsinin yolverilməz olduğunu vurğulayıb.

İran diplomatının fikrincə, Ermənistanın tarixi tərəfdaşları ilə münasibətlərini üçüncü ölkələrin geosiyasi maraqlarına qurban vermək olmaz. Gələn ay konsul fəaliyyətinə son qoyacaq diplomat bugünlərdə verdiyi başqa bir müsahibədə İranın mərhum ali dini liderinin erməni xalqına xüsusi münasibət bəslədiyini xatırladıb və Ermənistanı başqa dövlətlərin “səhnəsinə” çevirməməyə çağırıb.  Varamin həmçinin İranın “qırmızı xətlərinin” dəyişmədiyini bildirib. Onun sözlərinə görə, bu xətləri hansı ölkənin və ya şəxsin keçməyə çalışmasından asılı olmayaraq, Tehran buna uyğun reaksiya verəcək.

Qeyd edək ki, bu həftə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də TRIPP ətrafında yaranan risklərin konkret mexanizmlərlə idarə edilməli olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanın ABŞ-ın layihədə iştirakının İranın təhlükəsizliyinə təhdid yaratmayacağı barədə verdiyi təminatlar kifayət deyil. Tehran siyasi bəyanatlardan daha çox praktiki təminatlar tələb edir. İranın mesajında iki fərqli xətt birləşir. Bir tərəfdən Tehran Ermənistanla tarixi və mədəni bağlarını önə çəkir, digər tərəfdən isə İrəvanın Qərblə, xüsusilə ABŞ-la təhlükəsizlik və nəqliyyat sahəsində əməkdaşlığının sərhədlərini müəyyənləşdirməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Avqust 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri