Icma.az
close
up
RU
İranın müxtəlif bölgələrində AES lər inşa olunacaq Vitse prezident

İranın müxtəlif bölgələrində AES lər inşa olunacaq Vitse prezident

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İranın cənubunda və şimal hissələrində 8 Atom Elektrik Stansiyası inşa olunacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami bu gün İran prezidenti Məsud Pezeşkianın nüvə sənayesi üzrə müdirlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq çərçivəsində AES-lərin tikilməsi üzrə müqavilə imzalanıb. Qeyd olunan AES-lərdən 4-ü İranın cənubunda Buşehr vilayətində, 4-ü isə ölkənin şimal hissəsində inşa olunacaq.

Eslami bildirib ki, 2003-cü ildə İranda hələki yeganə olan Buşehr AES-i istifadəyə verilib. Tənzimlənən proqrama əsasən ölkənin müxtəlif bölgələrində inşa olunacaq AES-lər ölkənin ehtiyac duyduğu elektrikin təmin olunmasına kömək edəcək.

İranın vitse-prezidenti deyib ki, İranın cənub-qərbində Xuzistan vilayətində İslam İnqilabından öncə (1979) Darxovin Atom Elektrik Stansiyasının tikintisinə başlanılıb. Son illər ərzində bu stansiyanın tikintisi yerli mütəxəssislər tərəfindən yenidən davam etdirilir.

Eslami qeyd edib ki, bundan əlavə İranın şimalında Gülüstan vilayətinin Xəzər dənizi sahillərində Atom Elektrik Stansiyasının tikintisi üçün məkan müəyyənləşib.

"Ölkənin müxtəlif məkanlarında AES-lərin inşa olunması ilə nüvə sahəsində elektrik istehsalını 20 min meqavata yüksəltmək üzrə işlər aparılır", -deyə o qeyd edib.

Təşkilat sədri deyib ki, Buşehr Atom Elektrik Stansiyasının 2 və 3-cü bloklarının tikintisi hətta İrana 12 günlük hərbi hava hücumları zamanı davam etdirilib. Hazırda da tikinti prosesi davam edir.

Qeyd edək ki, İranın Buşehr AES-nin 1-ci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rus Atom Şirkəti tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda maksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub. 10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı 65 milyard kilovat saatdan çox təşkil edib.

Əlavə edək ki, Buşehr AES-nin 2 və 3-cü bloklarının tikintisinə 2017-ci ildə 50 hektar ərazidə başlanıb. Bu bloklar istifadəyə verildiyi halda hər birinin 1 057 meqavat elektrik istehsal etmək potensialı olacaq. Bu iki blokun istifadəyə verilməsi ilə ildə 10 milyon barel xam neft və yaxud 1,6 milyard kubmetr qaza qənaət olunacaq və 7 milyon ton çirkləndirici qazların ətraf mühitə yayılmasının qarşısı alınacaq./Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Noyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri