Icma.az
close
up
RU
İranın nüvə böhranını ABŞ yaradıb Çinli diplomat

İranın nüvə böhranını ABŞ yaradıb Çinli diplomat

Icma.az, 525.az saytına istinadən bildirir.

İranın nüvə böhranını yaradan məhz ABŞ olub. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri İsrail və ABŞ-ın hərbi fəaliyyətlərinə haqq qazandırmaq cəhdi ilə İranı nüvə silahlarının yayılmaması öhdəliklərini pozmaqda ittiham etməkdən başqa heç nə etmir.

525.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Çin bu ölkələrə bir sıra əsas faktları xatırlatmaq istəyir: İranın nüvə böhranını məhz ABŞ başladıb. Birləşmiş Ştatlar 2018-ci ildə İranın nüvə sazişindən birtərəfli qaydada çıxıb. Vaşinqton o vaxtdan İrana qarşı birtərəfli sanksiyaları bərpa edib və gücləndirib, Tehranın sazişin təmin etdiyi iqtisadi dividendlərdən yararlanmasına mane olan “maksimum təzyiq” tədbirləri görüb. Bununla da İranı saziş üzrə öhdəliklərini azaltmağa məcbur edib”, - siplomat söyləyib.

Onun sözlərinə görə, ABŞ, həmçinin İranın nüvə obyektlərinə hərbi zərbələr endirib, öz etimadını zədələyib, başladığı danışıqlar prosesinə zərbə vurub və İranın nüvə məsələsini başqa bir dalana sürükləyib ki, bu da regionda vəziyyətin kəskin şəkildə gərginləşməsinə gətirib çıxarıb.

Çin diplomatı bildirib ki, İranın nüvə böhranının həllində səmimiyyəti yüksək qiymətləndirilməlidir: “İran hələ də nüvə silahının yayılmaması üzrə öhdəliklərini və hərtərəfli təminat sazişini yerinə yetirməkdə davam edir. Tehran dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmaq niyyətində deyil. İran ABŞ ilə konstruktiv şəkildə bir neçə dəfə peşəkar və praqmatik danışıqlar aparıb və heç vaxt diplomatik səylərindən əl çəkməyib. Lakin bəzi ölkələr birtərəfli olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin  baş direktorunun hesabatına istinad edərək və İranın bu qurumla əməkdaşlığının müsbət cəhətlərinə məhəl qoymayaraq, MAQATE Rəhbərlər Şurasının lazımi məsləhətləşmələr aparılmadan qətnamə qəbul etməsinə çalışırlar”.

Onun sözlərinə görə, bu, dialoq mühitini təhlükə altına qoyur, gərginliyi və qarşıdurmanı artırır: “Bu ölkələr öz məsuliyyətsiz addımlarının mənfi nəticələri barədə diqqətlə düşünməlidirlər.

İsrail və ABŞ “gələcəkdə mümkün təhlükələr” əsasında İrana qarşı güc tətbiqinə əl atıblar ki, bu da beynəlxalq hüququn və İranın suverenliyinin ciddi şəkildə pozulmasıdır. MAQATE-nin mühafizəsi altında İranın nüvə obyektlərinə edilən hücumlar beynəlxalq silahların yayılmaması rejimini təhdid edən pis presedent yaratdıÇin bir daha bunu birmənalı şəkildə pisləyir”.

Fu Konq əlavə edib ki, sadalanan hərəkətlər İranın nüvə probleminin həlli üzrə diplomatik səylərə xələl gətirib, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrası ilə bağlı yüksək dərəcədə qeyri-müəyyənlik yaradıb. Çin bundan ciddi şəkildə narahatdır”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri