Icma.az
close
up
RU
İranın nüvə obyektlərində radiasiya səviyyəsi normada qalacaq KONKRET

İranın nüvə obyektlərində radiasiya səviyyəsi normada qalacaq KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsrailin hərbi hücumlarına məruz qalmış İranın nüvə obyektlərindəki vəziyyət haqqında yenilənmiş məlumat təqdim edib və uran zənginləşdirmə obyektlərində əlavə zərərin müşahidə edilmədiyini bildirib.

KONKRET.az-ın AEBA-ya istinadən verdiyi məlumata görə, R.Qrossi bunu agentliyin İdarəçilər Şurasına verdiyi bəyanatda deyib.

Onun sözlərinə görə, İsrailin cümə günü həyata keçirdiyi zərbələr İrandakı bir neçə obyektdə dağıntılara səbəb olub, lakin radiasiya fonu normal səviyyədə qalır.

R.Qrossi qeyd edib ki, Natanzda yanacaq zənginləşdirmə üzrə təcrübə zavodunun yerüstü hissəsi və enerji infrastrukturu zədələnib.

“Əsas sentrifuqa kaskadlarının yerləşdiyi yerlər zərər görməyib, lakin elektrik enerjisinin kəsilməsi onların işinə təsir edə bilərdi. Obyektdə uran birləşmələrinin sızması ilə əlaqədar daxili radioloji və kimyəvi çirklənmə qeydə alınır. Bu obyektdə nüvə materialının növünü nəzərə alaraq, uran izotoplarının obyekt daxilində yayılması mümkündür. Uranın udulması zamanı əhəmiyyətli təhlükə yarana bilər. Bununla belə, bu risk təsirə məruz qalmış obyektlərin ərazisində tənəffüs orqanlarının qorunması üçün müvafiq qoruyucu tədbirlərdən istifadə ilə effektiv şəkildə nəzarət altında saxlanıla bilər”, – o bildirib.

AEBA rəhbərinin sözlərinə görə, digər əsas obyektlərdə – Fordo, İsfahan, Xondab, Buşehrdəki AES və Tehrandakı tədqiqat reaktorunda ciddi zədələr qeydə alınmayıb: “Bütün obyektlərin ətrafında radiasiya vəziyyəti dəyişməz olaraq qalır”.

O qeyd edib ki, AEBA İran hökuməti ilə əlaqə saxlayır və fövqəladə hallar yarandığı təqdirdə operativ reaksiya verməyə hazırdır.

Eyni zamanda, o vurğulayıb ki, hərbi eskalasiya insanların həyatını təhlükəyə atır, həmçinin İranın nüvə silahına sahib olmayacağına dair uzunmüddətli zəmanətlərin əldə edilməsi üçün diplomatik həll yolunun tapılmasını ləngidir: “Mən bütün tərəfləri gərginlikdən qaçmaq üçün maksimum təmkin göstərməyə çağırıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri