Icma.az
close
up
RU
“İranın nüvə proqramına dair BMT qətnaməsi qüvvədən düşüb” Səfirlik

“İranın nüvə proqramına dair BMT qətnaməsi qüvvədən düşüb” Səfirlik

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə qəbul etdiyi dinc məqsədli nüvə proqramına dair 2231 saylı qətnaməsinin 18 oktyabr tarixində qüvvədən düşməsinə dair bəyanat yayıb. 

525.az-a səfirlikdən daxil olan bəyanatda deyilir ki, qeyd edilən qətnamənin qüvvədən düşmə prosesi Böyük Britaniya, Fransa və Almaniyanın birtərəfli və qanunsuz addımları ilə süni şəkildə əngəllənib.

“Bu qətnamə 2025-ci il 18 oktyabr tarixində öz hüquqi qüvvəsini itirib. Buna görə də İranın sülhməramlı nüvə proqramı məsələsinin Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılması zəruridir.Üç Avropa ölkəsinin 2025-ci il 28 avqust tarixində “snapback” adlı mexanizmi işə salmaq qərarı həm hüquqi cəhətdən əsassız, həm də açıq şəkildə siyasi məqsədlərə xidmət edən addım olub. Bu addım konstruktiv alternativ mövcud olduğu halda atılıb. Diplomatik səylərin davamı məqsədilə Rusiya və Çin 2231 saylı qətnamənin müddəalarının 6 ay müddətinə uzadılmasını nəzərdə tutan qətnamə layihəsini təqdim ediblər ki, bu təşəbbüs mümkün böhranın qarşısını ala bilərdi. Təəssüf ki, bu təşəbbüs də üç Avropa ölkəsi və Amerika Birləşmiş Ştatlarının etirazı ilə bloklanıb”, - açıqlamada vurğulanıb.

Səfirlik bəyan edib ki, üç Avropa ölkəsi ciddi öhdəlik pozuntusuna yol verib, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, sanksiyaları tam ləğv etməyib, İrana qarşı yeni birtərəfli sanksiyalar tətbiq edib.

Eyni zamanda, mübahisələrin həlli mexanizmi pozulub. Adıçəkilən ölkələr JCPOA-da müəyyən edilmiş mübahisələrin həlli mexanizmini yan keçərək, hüquqi əsas olmadan və pis niyyətlə hərəkət ediblər. 

“Onların mövqeyi JCPOA və 2231 saylı qətnamənin əsas prinsiplərini, o cümlədən İranın uranı sülh məqsədli zənginləşdirmək də daxil olmaqla dinc nüvə proqramını inkişaf etdirmək hüququnu inkar edir. İran, ABŞ-ın JCPOA-dan birtərəfli qaydada çıxması və sanksiyaları yenidən tətbiq etməsi ilə bağlı məsələni gündəmə gətirmək üçün artıq mübahisələrin həlli mexanizmini işə salıb. Lakin üç Avropa ölkəsi bu açıq pozuntulara cavab verməkdə və onları aradan qaldırmaqda uğursuz olub. İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hərbi hücumlar vəziyyəti köklü şəkildə dəyişdirib və əvvəlki qətnamələri hüquqi və əməli baxımdan əhəmiyyətsiz edib”.

Səfirlik qeyd edib ki, İran daim diplomatik həll yoluna sadiqliyini nümayiş etdirib. ABŞ və üç Avropa ölkəsinin qeyri-konstruktiv və gərginlik yaradan mövqelərinə baxmayaraq, İran heç vaxt danışıqlar masasını tərk etməyib, dialoqun davam etdirilməsi istiqamətində səmimi səylər göstərib: 
“Təhlükəsizlik Şurasında üç Avropa ölkəsinin bu qanunsuz təşəbbüsünə dair heç bir konsensus mövcud olmayıb. Daimi üzvlərdən olan Rusiya və Çin açıq şəkildə bu addıma qarşı çıxıb və onun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər. 

Nəticə etibarilə, İranın mövqeyinə görə, 2231 saylı qətnaməsi öz hüquqi qüvvəsini bu il 18 oktyabr tarixində itirib. Beləliklə, İranın dinc nüvə proqramına qarşı hər hansı sanksiya və ya məhdudiyyətin davam etdirilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. İran İslam Respublikası milli maraqlarını qorumaq və bütün ədalətsiz sanksiyaların tam şəkildə ləğvini təmin etmək məqsədilə zəruri hesab edilən bütün tədbirləri görmək hüququnu özündə saxlayır”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri