Icma.az
close
up
RU
İranın nüvə proqramını Pəhləvi dövründə ABŞ maliyyələşdirib İnanılmaz fakt

İranın nüvə proqramını Pəhləvi dövründə ABŞ maliyyələşdirib İnanılmaz fakt

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ bu yaxınlarda təhlükəsizlik strategiyasında dəyişikliklər etdiyini bildirdi. ABŞ-ın yeni təhlükəsizlik yanaşmasına görə, Asiya-Sakit okean regionuna daha böyük önəm verilir.

Prezident Donald Tramp Amerikanın artıq dünyada jandarm rolunu oynamayacağını açıqladı. Bu, Suriya regionunun artıq prioritet olmadığını göstərir. Bundan əlavə, Yaxın Şərqdəki problemlər indən belə ABŞ-ın perspektivindən qiymətləndiriləcək. Buna görə də Amerika Yaxın Şərqdən çəkilmək istəyir”.

Bu sözləri Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib.

O qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdən çəkilməsinin onun öz təhlükəsizlik anlayışına və münasibətlərinə uyğun olaraq baş verməsi nəzərdə tutulur. Çünki yeni dünya nizamı qurulduqca Asiya-Sakit okean, Arktika və Qrenlandiya bölgəsi kimi ərazilər Amerika üçün daha prioritet hala gəlib.

Ekspertin sözlərinə görə, İsrail və yəhudi diasporu daxilində belə bir fikir yarandı ki, əgər ABŞ Yaxın Şərqdən çıxsa, İsrailin təhlükəsizliyi təhlükə altında olacaq:

“ABŞ-ın Yaxın Şərqdən çıxmasının qarşısını almaq üçün İranın nüvə proqramını dayandırmaq təşəbbüsü nəzərdən keçirildi. İsraillə yanaşı, Amerikadakı yəhudi diasporu ilə İran arasında toqquşmalar nəticəsində iyun ayında İrana qarşı bombardman kampaniyasını əhatə edən, ABŞ-ın faktiki olaraq iştirak etdiyi 12 günlük müharibə baş verdi. ABŞ beynəlxalq ictimaiyyəti İranın nüvə silahlarının region və İsrail üçün təhlükə yaratdığına inandırmağa çalışır, lakin o, artıq etibarını itirib. Çünki İraqın işğalında və Əfqanıstandakı hadisələrdə göstərdiyi səbəblərin hamısı yalan çıxdı.

Bundan əlavə, 1979-cu ildən əvvəl, Şah Rza Pəhləvi dövründə ABŞ-ın İranı nüvə silahları hazırlamaq üçün texniki dəstək, avadanlıq və texnologiya ilə təmin etdiyini unutmaq olmaz. 1979-cu ildə Xomeyni nüvə silahlarının İslam dininə uyğun olmadığını bəyan etdi və proqramdan imtina etdi. Başqa sözlə, ABŞ-ın 1979-cu ildən əvvəl İranı nüvə silahları hazırlamaqda dəstəkləməsi və indi İranın nüvə silahına sahib olduğu iddiasına əsaslanaraq hücum və müharibə ilə təhdid etməsi Amerika siyasətindəki ziddiyyətləri və dəyişiklikləri göstərir”.

İsmail Cingöz

Siyasi şərhçi, həmçinin, qeyd edib ki, ABŞ çox çətin iqtisadi vəziyyətdədir:

“İyun ayında İrana qarşı bombardman kampaniyası zamanı ABŞ B-2 qırıcı təyyarələrinin İranı bombalayıb geri döndüyünü açıqladı. Lakin sonradan yeni müharibə baş verərsə, bunun böyük xərclərə səbəb olacağı açıqladı. Bundan əlavə, ABŞ ilə İran arasında birbaşa müharibə başlasa, İsrail də ABŞ-ın tərəfindən ona daxil olacaq. Bununla yanaşı, Yaxın Şərqdə İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ bazalarına və İsrail səfirliklərinə hibrid hücumlar həyata keçirə biləcəyi proqnozlaşdırılır.

Amma ən əsası, dünyanın enerji sektoru Fars körfəzindən qaynaqlanan böhranla üzləşə bilər. Fars körfəzi bu gün dünya enerji sektorunun ən vacib bölgələrindən biridir və ticarət Hörmüz boğazı vasitəsilə həyata keçirilir. İran hər an Hörmüz boğazını bağlaya biləcəyi ilə hədələyir. Hörmüz boğazı bağlanarsa, qlobal enerji böhranı baş verəcək və neftin qiyməti xeyli artacaq. Təbii qazın qiyməti də yüksələcək. Bu da bütün dünyanın ABŞ-a və İsrailə qarşı mənfi reaksiyasına səbəb olacaq. Neft və təbii qazın qiymətlərinin artması hazırda sanksiya altında olan Rusiya üçün faydalı olacaq. Ən vacib enerji ixracatçılarından biri olan Rusiya beş illik Ukrayna-Rusiya müharibəsi və sanksiyalardan sonra iqtisadi canlanma yaşayacaq. Bu isə Amerikanın istəmədiyi bir ssenaridir”.

İ.Cingöz deyib ki, buna görə də, İsrail və Amerikanın nüvə səbəbləri ilə İrana hücum etmə ehtimalı gündən-günə azalır:

“Xüsusilə, Amerikanın Yaxın Şərqdəki müttəfiqləri, əsasən də ərəb ölkələri və Körfəzi ölkələri onu İrana qarşı hücumdan yayındırmağa çalışır. Başqa sözlə, Amerika Yaxın Şərqdəki müttəfiqlərini özündən uzaqlaşdırmaqla qarşılaşa bilər. Buna görə də, yaxın gələcəkdə İran-Amerika müharibəsi və ya Amerikanın da iştirak etdiyi İsrail-İran müharibəsi ehtimalı olduqca zəifdir. Müharibə baş versə belə, bu, yalnız hava bombardmanı şəklində olacaq. Çünki nə İsrailin, nə də Amerikanın İranla quru sərhədi yoxdur.

Həmçinin qeyd etmək lazımdır ki, ABŞ İranda rejim dəyişikliyinin qaçılmaz olduğunu anlayır və Amerikaya yaxın birinin hakimiyyəti ələ keçirməsi məqsədilə rejimin siyasi kursunu cəzalandırmaq üçün bu cür təhdidlər edir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri