İranın nüvə silahı yaratmaq cəhdlərinə dair heç bir sübut tapılmayıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə silahı yaratmaq cəhdlərinə dair hələ də heç bir sübut tapmayıb.
Bakıvaxtı.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi CNN-ə müsahibəsində bildirib.
Müsahibədə o, İranın nüvə silahı yaratması üçün lazım olan vaxtla bağlı iddialara cavab olaraq deyib: “Bu, əlbəttə, sabahın, bəlkə də yaxın illərin məsələsi deyil. Bunlar, sadəcə fərziyyələrdir”.
AEBA-nın Baş direktoru qurumun müfəttişlərinin İranın bütün sülh məqsədli nüvə fəaliyyətindən xəbərdar olmadığı barədə bəyanatlarını təkrarlayaraq bildirib: “İndiyə qədər bildirdiyim şey budur - nüvə silahının istehsalına doğru təşkil olunmuş hərəkətin sübutunu görməmişəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















