Icma.az
close
up
RU
İranın pisliyi özünə qalacaq!

İranın pisliyi özünə qalacaq!

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəldi. Hər zaman olduğu kimi, bu dəfə də rəsmi Bakı İranın ali qonağını yüksək səviyyədə qarşıladı və yola saldı.

Araqçi Bakıda olarkən Azərbaycan-İran münasibətlərinin yeni bir dövrə qədəm qoyduğunu, İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörmət bəslədiyini dilə gətirdi.

O, hətta Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verdiyini bildirdi.

Həmçinin, ikitərəfli münasibətlər istiqamətində müəyyən vədlər verdi, qarşılıqlı ittihamların olmaması kimi məsələlər müzakirə olundu. Bununla bağlı hətta iki ölkənin xarici işlər nazirliklərində məsləhətləşmələr də aparıldı.

Bəs Araqçinin səfəri başa çatan kimi nə baş verdi? 

Təəssüf! Təssüflə qeyd etməliyik ki, İranlı nazirin Bakıda verdiyi vədlərin ömrü yenə az sürdü. Nazir ölkəsinı qayıdar-qayıtmaz İran mediası Azərbaycana qarşı total hücuma keçdi. Bu onu göstərir ki, məqsəd barışıq yox, düşmənçilikdir!

Əslində Azərbaycan ictimaiyyəti İranın yalançı vədlərini çox eşidib. Rəsmi Tehran müxtəlif vaxtlarda ikitərəfli münasibətlərdə yaranan problemlərin həlli ilə bağlı təşəbbüskar kimi çıxış etsə də, sonradan verdiyi vədlərə əməl etməməsinə artıq adət edib. Bu bizim üçün sürpriz olmadı. İran zatən illərdir Azərbaycanla bağlı vədlərinə əməl etmir. Ölkəmizə qarşı çıxışlar edən təxribatçıları qoynunda bəsləyir. Onları hüquqi müstəvidə cəzalandıracağını desə də vədinə əməl etmir.

Görünən odur ki, İrandakı iki hakimiyyətlilik buna imkan vermir. Yəni, Pezeşkian hökuməti bir söz, ölkənin ikinci hakimiyyəti - molla hökuməti başqa söz deyir. 

Ümumiyyətlə, Pezeşkian hakimiyyətə gələndən sonra bir çox məsələdə, o cümlədən Azərbaycanla bağlı siyasətdə İran siyasi elitası, daha konkret desək, dini rejim üçün alternativ yanaşma yaranıb. Məlum olduğu kimi, İrandakı molla rejimi Azərbaycana qarşı kifayət qədər riyakar və radikal mövqe ortaya qoyur. Bu, özünü Azərbaycanın Cənubi Qafqaz siyasətindən tutmuş, oradakı azərbaycanlılara münasibətə qədər bir çox məsələdə göstərir. Molla rejimi Azərbaycanın güclənməsini istəmir. Çünki İrandakı cənubi azərbaycanlıların ayağa qalxmasından qorxur. 

Keçmiş prezident İbrahim Rəisidən sonra hakimiyyətə Pezeşkian kimi azərbaycanəsilli siyasətçinin gəlməsi, təbii ki, molla rejimini narahat edir. Dini lider Ayətulla Əli Xamneyi və onun komandası yaxşı başa düşür ki, Pezeşkian gələcəkdə İranın mühafizəkar siyasətinə mane olan addımlar ata bilər.

Molla rejimi üçün ən təhlükəlisi isə Azərbaycan amilidir. Azərbaycanın güclənməsi fonunda gələcəkdə İranda yaşayan azərbaycanlıların ayağa qalxması, azadlıqları üçün mübarizə aparması molla rejimini çox qorxudur.  

Həmçinin, İranda yaşayış səviyyəsinin Azərbaycandan aşağı olması, yerli əhalinin də öz yaşayış səviyyəsini qonşu dövlətlərlə müqayisə edərək daim narazı qalması fonunda molla rejimi hədəfi kənarda axtarmaq niyyətini güdür. Və ciddi cəhdlə gerçəkləri gizlətməyə çalışır. Lakin nə qədər gizlətməyə çalışsa da bu mümkün olmur. 

İranın Azərbaycana hücumları heç zaman nəticə verməyib. Buna misal olaraq istər bu ölkənin Vətən müharibəsindəki fəaliyyətini, istərsə də müharibədən sonrakı davranışlarını yada salmaq kifayətdir.

Bəli, bu o İrandır ki, Vətən müharibəsində Azərbaycan ordusunun zəfərini qısqanclıqla qarşılayırdı. Hətta İran əsgərləri Azərbaycan ərazilərinə keçərək hərbçilərimizin Xudafərinə bayraq sancmasına mane olmuşdu. 

Bu o İrandır ki, müharibədən sonra Zəngəzur dəhlizinin açılmasına ciddi cəhdlə mane olmağa çalışırdı. Hətta molla rejimi "Zəngəzur dəhlizi olmayacaq" kimi bəyanatlar da verirdi. 

Nəticə nə oldu? İranın pisliyi elə özünə qaldı. Əmin olun, bundan sonra da belə olacaq. İranın pisliyi özünə qalacaq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Dekabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri