İranın raket istehsalı ciddi zərər görüb İsrail KİV
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail mediası İranın raket istehsal imkanları ilə bağlı yeni qiymətləndirmə yayıb.
Redaktor.az xəbər verir ki, "Times of Israel"in məlumatına görə, İsrailin həyata keçirdiyi hücumlar İranın ballistik raket istehsalı sənayesinə ciddi zərər vurub.
Hesabatda İsrailin yüksək rütbəli hərbi rəsmilərinə istinadən bildirilib ki, Tehranın hazırda yeni raket istehsal etmək qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyib. Qiymətləndirmə, əsas hərbi istehsal obyektlərinə endirilən zərbələrdən sonra aparılıb.
Bununla belə, rəsmilər qeyd ediblər ki, İranın mövcud istehsal imkanlarını qismən bərpa etmək üçün sürətli addımlar atması mümkündür.
Məlumata görə, bərpa prosesinin sürəti gələcəkdə ABŞ ilə mümkün razılaşmalarda İranın raket proqramına qoyula biləcək məhdudiyyətlərdən, Çin kimi tərəfdaşlardan əldə olunan texnologiya və materiallardan, eləcə də Tehran tərəfindən ayrılan maliyyə resurslarından asılı olacaq.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Aprel 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















