Icma.az
close
up
RU
İranın rəqibləri Trampı bu ölkəyə hücum etməməyə çağırdı... “WSJ“

İranın rəqibləri Trampı bu ölkəyə hücum etməməyə çağırdı... “WSJ“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Fars körfəzindəki rəqibləri ABŞ-ın "ciddi zərbələrə" hazır olmaq barədə xəbərdarlıqlarından sonra prezident Donald Trampdan İrana hücum etməməsini xahiş edirlər.

Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı  da ABŞ-ı İrana hücum etməkdən çəkindirənlər arasındadır.

Bu çağırışlar İranda vəziyyətin gərginləşməsi və ABŞ rəsmilərinin birmənalı olmayan açıqlamaları fonunda gəlir. Etirazları və onların qanlı nəticələrini ictimaiyyət qarşısında görməzdən gəlmələrinə baxmayaraq, Körfəz ölkələri ABŞ-ın Tehrana hücum etməsini istəmirlər.

Səudiyyə Ərəbistanı, Oman və Qətər də daxil olmaqla bir neçə Körfəz ölkəsinin nümayəndələri ABŞ rəsmilərinə bu cür hücumların iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edirlər. "WSJ"-nin məlumatına görə, onlar İran rejimini devirmək cəhdlərinin neft bazarını sarsıdacağını və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcəyini iddia edirlər.

Xüsusilə, ərəb ölkələri Amerikanın İslam Respublikasına hücumlarının bütün qlobal neft daşınmalarının təxminən beşdə birinin icra edildiyi Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətinə mənfi təsir göstərəcəyindən qorxurlar.

Səudiyyə rəsmiləri artıq Tehrana münaqişəyə müdaxilə etməyəcəklərinə dair zəmanət verdiklərini söyləyirlər. Onlar həmçinin amerikalıların hava məkanından hücumlar üçün istifadə etməsinə icazə verməyəcəklərini iddia edirlər...

Tramp İran üçün nə planlaşdırır?..

ABŞ rəsmiləri bildiriblər ki, hələlik Trampın İrana qarşı son addımları sual altında olaraq qalır. Lakin onlar hərbi əməliyyatların ehtimal olunduğuna inanmağa meyillidirlər.

Amerika prezidentinin hazırda İrandakı hadisələrin gedişatı ilə bağlı müxtəlif təklifləri var.

"Prezident istənilən məsələ ilə bağlı bir çox fikirləri dinləyir, amma sonda ən yaxşı hesab etdiyi qərarı verir", - deyə bir rəsmi vurğulayıb.

"Clash Report"-a görə, Donald Tramp özü Bakı vaxtı ilə 13 yanvar axşamı  İranda nələrin baş verdiyini 20 dəqiqə ərzində biləcəyini və sonra ABŞ-ın hərəkətləri barədə qərar verəcəyini açıqlayıb.

"Görünür, qətlin miqyası əhəmiyyətlidir, amma hələ dəqiq bilmirik. Mən bunu 20 dəqiqə ərzində biləcəm. Və biz buna uyğun hərəkət edəcəyik", - deyə Tramp bildirib.

O, həmçinin bildirib ki, ideal variant İranda demokratiya görmək olardı.

Xatırladılır ki, 13 yanvarda "CBS News" İrandakı etirazlarda ölənlərin sayının təxminən 12 min olduğunu bildirib.

Həmçinin 13 yanvarda Donald Tramp iranlıları İrandakı hökumət binalarını ələ keçirməyə çağırıb...

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri