İranın resurları xalqa yox, silahlara yönəlib” ABŞ ın müdafiə naziri
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"İranın resurları xalqa yox, silahlara yönəlib”
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
O İranla bağlı açıqlamasında Amerikanın hərbi əməliyyatlarda üstün mövqedə olduğunu bildirib.
Nazir, qeyd edib ki, İran uzun illər ərzində dövlət resurslarını öz vətəndaşlarına deyil, raketlərə, dronlara, proksi qüvvələrə və yeraltı hərbi infrastruktura yönəldib.
Heqsetin sözlərinə görə, İran əldə etdiyi iqtisadi və humanitar yardımları da hərbi məqsədlərə sərf edib və bu yanaşma HƏMAS nümunəsində də müşahidə olunub.
O vurğulayıb ki, ABŞ qüvvələri İranın hərbi imkanlarını "sistemli, amansız və böyük üstünlüklə” hədəf alır. O, əlavə edib ki, bu cür əməliyyatları dünyada heç bir ordunun eyni səviyyədə həyata keçirməsi mümkün deyil.
ABŞ müdafiə naziri sonda bildirib ki, aparılan əməliyyatların nəticələri artıq aydın şəkildə görünür.
Bu mövzuda digər xəbərlər:ABŞ ın diqqəti İranın bu adasına yönəlib İranın əsas mərkəzi hesab olunur
12 Mart 2026 16:04
İranın müdafiə naziri Ermənistandadır
20 May 2025 16:31
İran XİN başçısı: ABŞ ın hücumu İranın suverenliyi və ərazi bütövlüyünə yönəlib
22 İyun 2025 13:32
İranın müdafiə naziri: ABŞ la danışıqlar mümkün deyil
10 Fevral 2025 17:46
ABŞ ın məqsədi İranın kapitulyasiyasıdır Əraqçi
10 Fevral 2025 18:50
Baxış sayı:106
Bu xəbər 19 Mart 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















