Icma.az
close
up
RU
İranın Rusiya və Çinlə yaxınlığı ABŞ ı narahat edir: Faydasından çox, zərəri olacaq...

İranın Rusiya və Çinlə yaxınlığı ABŞ ı narahat edir: Faydasından çox, zərəri olacaq...

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 "The Wall Street Journal” dərgisinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır. Bu mövzuda müzakirələr başlayıb. Donald Tramp həm Moskva, həm də Pekinlə dialoqu genişləndirməyə çalışır. ABŞ Prezidentinin bu görüşlərdən bir neçə məqsədi var. Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və bu ölkə ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. İkincisi, Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə razılaşma əldə etmək istəyir. Məsələ burasındadır ki, “soyuq müharibə” illərində nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar yalnız ABŞ-la keçmiş SSRİ ilə arasında gedirdi. Bu müddətdə Çin də nüvə arsenalını gücləndirdi. Hazırda nüvə silahlarının sayına görə Çin ABŞ və Rusiyadan geri qalmır. Buna görə də Vaşinqton nüvə arsenalının azaldılması məqsədilə Pekinlə də saziş imzalamaq istəyir. Ancaq bunun mümkün olub-olmayacağı sual altındadır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Çin və Rusiyanın İranla münasibətləri də ABŞ-ı narahat edir: "Bu arada, Rusiya, Çin və İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi - 2025” adlı birgə hərbi dəniz təlimləri Vaşinqtonun diqqətini cəlb edib. Hərbi təlimlərdə 3 dövlətin hərbi gəmiləri iştirak edir. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət etməlidir. 

Rusiya, Çin və İran Hind okeanının şimalında keçirilən bu hərbi təlimlər vasitəsilə ABŞ-a mesaj göndərirlər. Vaşinqton İrana təzyiqi artırmağı planlaşdırır. ABŞ İran neftini daşıyan tankerləri okean və dənizlərdə saxlayaraq yoxlamalar həyata keçirəcək. Bu İranın neft satışında problemlər yaradacaq. Ağ Evin də məqsədi budur ki, İran böyük həcmdə neft satışı həyata keçirə bilməsin və bu onun iqtisadiyyatına mənfi təsir etsin. Görünür, Vaşinqton bu yolla İranın ABŞ-ın şərtlərini qəbul edəcəyini düşünür. Ancaq İranın mühafizəkar dairələri Vaşinqtonun tələblərini yerinə yetirməyəcəklər, ali dini lider Əli Xamanei Prezident Məsud Pezeşkiana ABŞ-la danışıqlar aparmağı qadağan edib. Bunun müqabilində mühafizəkar dairələr İranın Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməyi lazım biliblər. Ancaq bu ittifaq İranın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinə problemlər yaradacaq".

E.Şahinoğlu vurğulayıb ki, Vaşinqton İrana qarşı sanksiyaları sərtləşdirməklə bu ölkə üzərindən yük daşımalarına mane olmağa çalışacaq: "Digər tərəfdən Şimal-Cənub nəqliyyat dəhlizinin iştirakçılarından biri Hindistandır. Bu ölkə İranın Çabahar limanını icarəyə götürüb. Aydındır ki, Çin Hindistanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətində maraqlı deyil. Həmin dəhliz Çinin “bir kəmər, bir yol” dəhlizinə alternativdir. Bu baxımdan ABŞ-ın Çabahar limanının fəaliyyətini ənəglləməyə çalışması Çinin maraqlarına uyğundur. İran limana yaxın sularda Rusiya və Çinlə birgə hərbi təlimlər keçirməklə Pekinin işini asanlaşdırır. Halbuki, ABŞ və ya İsrail İrana zərbə vurarlarsa, Rusiya və Çin İranın köməyinə gəlməyəcəklər, ancaq bəyanat verəcəklər. Ona görə Rusiya və Çinlə birgə hərbi təlimlərin İrana faydasından çox zərəri var".

Nigar,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sitat.info
archiveBu xəbər 11 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri