İranın “Şəhid Rəcai” limanında təxribat versiyası təsdiqini tapmayıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 30 aprel, AZƏRTAC
İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki “Şəhid Rəcai” limanında baş verən partlayışın təxribat olduğu versiyası təsdiqini tapmayıb.
AZƏRTAC xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik komitəsinin nümayəndəsi İbrahim Rezai bunu partlayışın səbəbləri ilə bağlı açıqlamasında deyib.
“Hadisənin xarici müdaxilə nəticəsində baş verdiyinə dair heç bir dəlil yoxdur. Mən təxribat və ya xarici müdaxiləsindən bəhs edən hər hansı bir hesabat görməmişəm”, - deyə İranın dövlət televiziyası onun sözlərini sitat gətirib.
İbrahim Rezai qeyd edib ki, “Şəhid Rəcai” limanında baş verənlərin müdafiə sektoru və ya silahlı qüvvələrlə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Son məlumata görə, hadisə nəticəsində 46 nəfər həlak olub. İranın hakimiyyət orqanları partlayışın nəticələrinin tam aradan qaldırılmasına iki-üç həftə vaxt lazım olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















