İranın siyasəti qonşu ölkələrlə əməkdaşlığı genişləndirməkdir Pezeşkian
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İranın xarici siyasət kursu bütün sahələrdə müsəlman və qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə əsaslanır.
Redaktor.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" hesabında bildirib.
Dövlət başçısı Qurban bayramı münasibətilə Pakistan və Malayziyanın baş nazirləri ilə keçirdiyi telefon danışıqlarına toxunub. Pezeşkian rəsmi Tehranın hər zaman diplomatiyaya sadiq qaldığını vurğulayaraq, regionda sülh və razılığın əldə olunması istiqamətində Malayziyanın nümayiş etdirdiyi humanitar mövqeyə, həmçinin Pakistanın göstərdiyi effektiv səylərə və irəli sürdüyü təşəbbüslərə görə hər iki həmkarına təşəkkürünü ifadə edib.
İran Prezidenti mesajında bir daha qeyd edib ki, qonşu və islam ölkələri ilə hərbi, iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi ölkəsinin əsas strateji prioritetidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 29 May 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















