Icma.az
close
up
RU
İranın Suriyada Türkiyəyə məğlub olmasını 16cı əsrdəki Çaldıran döyüşünə bənzədirlər Video

İranın Suriyada Türkiyəyə məğlub olmasını 16cı əsrdəki Çaldıran döyüşünə bənzədirlər Video

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ərdəbildə məddah Əlirza Qulizadə Azərbaycan prezidentini təhqir etdiyi gün Zahidanda Bəlucistanda bir başqa məddah sünniləri təhqir etdi. Orada sünnilərin məscidi ən böyük məsciddir. Çünki zahidanlılar, bəluclar sünnidirlər, o məscidə gedirlər. O, gəlib dedi ki, “bu məscidi - məki zərərli məsciddir. Məscidi məkiyə gedənlər dindən çıxmış hesab olunurlar. Ora getmək zina etmək kimi bir günahdır”. Bu sözlərə görə sünnilər, bəluclar çox qəzəbləndilər. Bunun arxasınca da təbii ki, onların səsini kəsmək üçün İslam Cümhuriyyəti məddahı həbs edərək, məhkəməyə verib. Bu şəxs onların əlaltısı olduğu üçün ona heç nə də etməyəcəklər.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, məddah məsələsinin böyüməsi Əli Xameneinin öz təqsiridir.

Maşallah Rəzmi

“Suriya məğlubiyyətinin ilk səbəbkarı mollalardır və Əli Xameneidir. Çünki istəyirdilər ki, orada cihad edilsin. Orada proksi qüvvələr yaradanlar da təqsirkardır. Bununla yanaşı məğlubiyyətin digər səbəbkarları İran diplomatlarıdır ki, diplomatiya əvəzinə dini təbliğat edirlər. Əli Xamenei onları bir yerə toplayıb bu məsələ ilə bağlı hesab tutmaq əvəzinə məddahları öz başına yığıb onlara dedi ki, “gedin cihadı təbliğ edin, mən dediyim sözləri məscidlərdə və ümumi yerlərdə danışın”. Bu da məddahlara imkan yaratmaq və güc vermək idi. Bundan sonra onlar qonşu məmləkətlərin prezidentlərini və səlahiyyətlilərini təhqir etməyə cəhd göstərirlər. Suriyanın yeni rəhbərliyini yəhudilər adlandırırlar. Ardınca “Suriya gəncləri Suriyanı azad edəcəklər” Əli Xamenei deyir”-deyə Maşallah Rəzmi qeyd edib.

Maşallah Rəzmi bildirib ki, mollalar və Əli Xamenei illərdir böyük bir sünni və şiə davasına zəmin yaratmağa çalışırlar.

“Hər il Çaldıran döyüşünün ildönümünü qeyd edirlər və orada sünnilərə qarşı konfrans verir, danışır və insanları təhrik edirlər. Çaldıran döyüşü 1514-cü ildə Sultan Səlim Osmani ilə Şah İsmayıl Səfəvi arasında olub. Şah İsmayıl məğlub olub. Sünnilər qələbə çalıb, şiələr məğlub olublar. Bu gün Suriyada İranın məğlub olması Türkiyənin qələbə qazanmasını Çaldıran döyüşünə bənzədirlər və deyirlər ki, bunun qisasını alacağıq”-deyən Rəzmi vurğulayıb ki, əsas təbliğat sünnilərin, Türkiyənin və Türkiyənin dostu Azərbaycanın əleyhinə aparılır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Yanvar 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri