Icma.az
close
up
RU
“İranın təsir dairəsində olan güclərin İsraillə müharibəyə şərait yaratdığını...”

“İranın təsir dairəsində olan güclərin İsraillə müharibəyə şərait yaratdığını...”

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yaxın Şərqdə durum demək olar ki, gərginliyini qoruyur. HƏMAS - İsrail arasındakı müharibə atəşkəs sayəsində səngisə də müharibədən sonrakı proseslərdə müxtəlif fikir ayrılıqları, ziddiyyətli məsələlər var. Habelə İsrailin Suriya və Livanla bağlı bir qədər sərt mövqeyi durumun gərgin olaraq davam etməsininə imkan yaradır”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, bölgədə region ölkələri artıq özlərini qorumaq, təhlükəsizliyini təmin etmək üçün müstəqil addımlar atmağa cəhd edirlər:

“Livan İsrailin bəhanəsini kəsmək üçün İranın müdaxiləsinə qarşı açıq çıxış edir. Belə ki, dünən Livanın xarici işlər naziri Yusif Raci İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin son açıqlamalarına sərt reaksiya verib. Çünki Vilayəti “Hizbullahın varlığı Livan üçün çörəkdən daha vacibdir” deyib. Nazir X hesabında paylaşım edərək bildirib ki, Livanın suverenliyi, azadlığı və daxili qərarlarının müstəqilliyi ölkə xalqı üçün yemək və sudan daha önəmlidir. O, bu bəyanatı ilə İranın Livanın daxili işlərinə qarışdığını vurğulayıb. Artıq Livan xarici müdaxilələrin mümkün qədər minimuma endirilməsinə çalışır. Əsasən də İranın təsir dairəsində olan güclərin İsraillə müharibəyə şərait yaratdığını bir növü etiraf edir”. 

T.İrfan bildirib ki, ölkədəki İran təsirində olan qrupların deyil, dövlətin güclənməsinin və qorunmasının vacibliyi Livan hökuməti üçün prioritet təşkil edir:

“İran rəsmiləri ilə Livan rəsmiləri arasında bu cür siyasi toqquşmalar son zamanlar aktual xarakter alıb. İranın xarici işlər naziri Abbas Əraqçıya cavab verən Livan xarici işlər naziri Raci bəyan edib ki, Vilayətinin açıqlaması Tehran rəsmilərinin müdaxilə olmadığını iddia edən sözləri ilə ziddiyyət təşkil edir. Buradan da aydın olur ki, İran daxilində siyasi dövlət dairələrində xarici siyasətlə bağlı ziddiyyətlər var və islahatçılarla mühafizəkarların fərqli mövqeləri strateji məsələlərə sirayət edir. Bu da Prezidentin komandası ilə dini liderin dairəsi arasındakı mövqe fərqliliyini təzahür etdirir ki, bir dövlətin ikili münasibəti ortaya çıxmış olur. Lakin Livan rəsmisinin sözlərinə görə, ölkə üçün prioritet Hizbullah deyil, dövlətin suverenliyinin qorunmasıdır. Şübhəsiz ki, ölkə daxilindəki qrupların yalnız müstəqil siyasi fəaliyyətlə məşğul olması, dövlətin suverenliyinə təhlükə yaradacaq alternativ güc, təsir qüvvəsi yaratmaması halında Livan hökuməti onların fəaliyyətinə qarşı olmadığını da izhar edir. Fəqət İranın İsraillə gərgin münasibəti zəminində Livandakı təşkilatlar vasitəsilə ölkənin rəsmi mövqeyinə və müəyyən etdiyi siyasi strategiyaya alternativ mövqe sərgiləməsi, hətta xarici dövlət rəsmilərinin də buna qarışması artıq dövlət səviyyəsində ciddi etirazlara səbəb olur”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri