Icma.az
close
up
RU
İranın TRİPP marşrutunun açılmasına mane olmaq üçün rıçaqları çox məhduddur Məsiağa Məhəmmədi

İranın TRİPP marşrutunun açılmasına mane olmaq üçün rıçaqları çox məhduddur Məsiağa Məhəmmədi

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın Zəngəzur dəhlizinin və ya TRİPP marşrutunun açılmasına mane olmaq üçün imkanları və rıçaqları çox məhduddur. Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Baş məsləhətçisi Məsiağa Məhəmmədi deyib.

O qeyd edib ki, İranda Zəngəzur dəhlizinə yalnız iqtisadi və nəqliyyat-tranzit layihəsi kimi deyil, geosiyasi layihə kimi baxılır:

"Bu layihənin İrana qarşı yönəldiyi düşünüldüyü üçün Rəsmi Tehran əvvəldən Zəngəzur dəhlizinin əleyhinə çıxıb və əslində, bu gün də həmin dəhlizin işə düşməsini istəmir. İran siyasi dairələrində və ekspert cameəsində belə bir düşüncə hakimdir ki, Qərb hər vəchlə beynəlxalq nəqliyyat dəhlizlərinin İrandan yan keçməsinə çalışır, bununla da İranın daha çox təcrid olunmasına və "geosiyasi boğulmasına" nail olmaq niyyətini güdür. Zəngəzur dəhlizi də guya İranı Şərq-Qərb marşrutundan kənarda qoymaq və onun Cənubi Qafqazda geosiyasi mövcudluğunu əngəlləmək hədəfi ilə həmin strategiyanın tərkib hissəsidir".

O qeyd edib ki, bu ilin avqustunda TRİPP marşrutu barədə Vaşinqtonda əldə olunan razılaşma da bu yöndə İranın narahatlığını aradan qaldırmadı, hətta İran ali rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti bir neçə gün əvvəl Ermənistanın bu ölkədəki səfiri ilə görüşdə:

"Tramp marşrutu layihəsi, əslində, həmən Zəngəzur dəhlizi layihəsidir, sadəcə adı dəyişdirilib", - deyə bəyan etdi.

Müsahib onu da diqqətə çatdırıb ki, Məsud Pezeşkianın prezident seçilməsindən sonra İran hökumətinin Zəngəzur dəhlizinə münasibətində müəyyən yumşalma müşahidə olunub, xüsusən Pezeşkianın Azərbaycana və Ermənistana səfərlərindən sonra rəsmi Tehranın bu mövzu ilə bağlı ritorikasında dəyişikliyin baş verdiyi aydın görünür.

"Lakin nəzərə almaq lazımdır ki, İranın xarici siyasəti təkcə hökumət tərəfindən müəyyənləşmir, burada həmin Vilayətinin təmsil etdiyi ali rəhbərin ofisi, Kamal Xərrazinin rəhbərlik etdiyi Xarici Əlaqələr üzrə Strateji Şura, ali rəhbərin nümayəndələrinin təmsil olunduğu Ali Milli Təhlükəsizlik Şurası kimi qurumlar daha böyük təsirə malikdir. Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlar da, adətən, həmin qurumların nümayəndələrinin dilindən səslənir",-deyə ekspert əlavə edib.

M.Məhəmmədi vurğulayıb ki, bu narahatlıq yalnız İranın təcridi ilə bağlı qeyd olunan qlobal aspekt və Zəngəzur dəhlizi vasitəsilə guya "ABŞ və NATO-nun İranın şimal-qərb sərhədlərində yerləşəcəyi təhlükəsi" ilə əlaqədar deyil:

"Burada dəhlizin reallaşacağı təqdirdə Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin artması, Türk Dövlətləri Təşkilatının güclənməsi kimi Tehranın arzulamadığı məsələlərlə yanaşı, İranın üzləşəcəyi sırf iqtisadi itkilər də nəzərə alınır. İranda bu barədə fikirlər hələ Zəngəzur dəhlizi ideyasının ortaya çıxdığı ilk dövrlərdə səslənib və Türkiyə yük maşınlarının İran torpağından yan keçməsindən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin alternativ marşrutunun yaranmasından doğacaq iqtisadi itkilərə vurğu edilib. Yeri gəlmişkən, Zəngəzur dəhlizi ilə bağlı İranın "etiraz etmədiyi" yeganə məsələ Naxçıvanla əlaqə mövzusudur və İran əvvəllər də olduğu kimi, həmin əlaqənin İran üzərindən həyata keçirilməsini daha məqbul sayır və məhz bu baxımdan Araz dəhlizi layihəsinə isti yanaşır. Söhbət bu yolla həm də Azərbaycanın Naxçıvanla quru əlaqəsi məsələsində İrandan asılılığını qoruyub saxlamaqdan gedir".

İranın Zəngəzur dəhlizinin və ya TRİPP marşrutunun açılmasına mane olma ehtimalına gəldikdə isə siyasi şərhçi bəyan edib ki, İran buna çalışsa da, layihənin gerçəkləşməsinə mane olmaq üçün imkanları və rıçaqları çox məhduddur:

"İndiyə qədər Tehran daha çox bu yöndə siyasi təzyiq və bəyanatlardan, "qırmızı xətlər" ritorikasından istifadə edib. Bunun bir faydası olmadığını gördükdə isə alternativ və "daha cəlbedici" marşrutlar təklif etmək istiqamətində fəaliyyətə başlayıb. Bunlardan biri son vaxtlar aktiv şəkildə müzakirəyə çıxarılan "Yeni İpək Yolu" layihəsidir. Söhbət İran ərazisində Təbriz – Mərənd – Çeşme-Sorəyya xətti üzrə 200 kilometrlik yolun inşası və onun Türkiyə dəmiryollarına birləşdirilməsindən gedir".

M.Məhəmmədi qeyd edib ki, bu layihə vasitəsilə İran Çindən Avropaya daşınacaq 60 milyon ton yükün tranzitinə imkan yaranacağını bildirir:

"Yəni İran Çin-ABŞ ziddiyyətlərindən bəhrələnməklə Zəngəzur dəhlizinə mane olmaq taktikasını yürütməyə çalışır. Lakin bir vaxtlar "Əsrin müqaviləsi" çərçivəsində Xəzər neftinin Qərbə daşınmasına qətiyyətlə mane olmağa çalışan Tehranın səylərinin heç bir uğur qazana bilmədiyi kimi, Zəngəzur dəhlizi məsələsində də yaratmaq istədiyi müxtəlif maneələrin bir səmərə verməyəcəyini söyləmək mümkündür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Dekabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri