Icma.az
close
up
RU
“İranın xaos planı : Logistika və enerji üzərindən qlobal təzyiq cəhdi...

“İranın xaos planı : Logistika və enerji üzərindən qlobal təzyiq cəhdi...

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dünyada idarə olunan xaos nəzəriyyəsi mövcuddur, Qərbin (bəzən isə Rusiyanın) siyasi-hərbi texnoloqları zaman-zaman bu yanaşmadan istifadə ediblər-edirlər. Amma İranın davranışları bölgədə hərbi, dünyada isə iqtisadi, idarə olunmayan xaos yaratmaq cəhdləridir. Başsız qalan, liderlik böhranına daxil olan, daxili elitalar arası ciddi fikir ayrılıqları mövcud olan İran küncə sıxılıb, sıxıldıqca aqressiv və ilk baxışdan, məntiqsiz addımlar atır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Real Partiyasının sədri Natiq Cəfərli deyib. 

O bildirib ki, İranın bu məsələdə dolayı başqa məqsədi var: "Amma, “məntiq” var, ən azından, aqressiv şəkildə bütün bölgə ölkələrinə saldırmağa çalışan İranın fraqmental rəhbərliyi düşünür ki, neft-qaz bazarına təsir etməklə, dünya logistikasını axsatmaqla böhran yarada bilər və bu böhran Avropa, ABŞ, region ölkələri xalqlarını bezdirəcək, müharibəni dayandırmaq üçün öz hökumətlərinə basqı quracaqlar. Yəni, əgər neft qiymətləri 100 dolları, qaz isə 1000 dolları keçsə, mal çatdırılması geciksə, logistika çöksə, dünyada qiymətlər kəskin artacaq, bölgə xalqları və Avropa, ABŞ seçiciləri öz hakimiyyətlərinə qarşı çıxacaqlar.

Bu çox təhlükəli və yanlış “məntiqdir”, fraqmental İran rəhbərliyi tərəfindən Türkiyə və Azərbaycana qarşı atılan aqressiv və mənasız addımlar da bu idarə olunmayan xaosun tərkib hissəsidir. Bəziləri deyir-yazır, şübhə toxumu səpməyə çalışır ki, İran niyə Türkiyəni, Azərbaycanı hədəf alsın – çox sadə, bu elə həmin idarə olunmayan xaosun tərkib hissəsidir, Azərbaycan neft-qaz ölkəsi, Türkiyə isə üzərindən boru kəmərləri şəbəkəsi keçən ən vacib enerji “hub”-larından biridir. İran münaqişəsi kontekstində Azərbaycanın, Türkiyənin adının dünya mətbuatında çəkilməsi, enerji bazarına psixoloji təsir edən amildir – İranın aqressiyasının hədəfi də məhz budur.

Niyə bu “məntiq” mənasızdır? Çünki, bu taktika və strategiyanın işləməsi üçün bir neçə ay lazımdır - əgər münaqişə 3-4 ay davam etsə, o zaman logistika axsaya, inflyasiya kəskin arta bilər. Amma, başsız qalıb xaotik çırpıntı halına düşən İranın 3-4 ay dözməsi mümkündürmü? Hava məkanına nəzarəti tam itirən, ABŞ və İsrail təyyarələrinin istədiyini etdiyi bir durumda, İran 3-4 aya “mağara dövrünə” qədər bombalanacaq axı - əgər İranın enerji və kommunal infrastruktutuna da zərbələr endirilsə, o zaman İran xalqı, iqtisadiyyatı dözə biləcəkmi?!". 

N.Cəfərlinin fikrincə, İran rejimi anlamalıdır ki, xarici təcavüz beynəlxalq hüququn çeynənməsi olsa da , əsas səbəb deyil, nəticədir: "Səbəb İranın daxili sistemi, iqtisadiyyatının zəifliyi, xalqın rifah halının çökməsidir. Sabah müharibə dayana bilər, dayanacaq da, amma, İranın daxili problemləri yox olmayacaq axı! Çıxış yolu daxili islahatlar, idarəetmənin səlahiyyətinin və məsuliyyətinin seçilmişlərə, sivil siyasətə, bu gün İranda yeganə legitim, seçilmiş institut olan prezidentə keçməsidir. Bu gün İranın hərbiləşdirilmiş qurumları ölkə iqtisadiyyatının boğazına çöküb, qeyri-effektiv idarəetmə sistemi, öz maraqlarına, varlanmalarına xidmət edən model qurub. Problemin kökü budur – bu qədər böyük resursu və potensialı olan İranda, bu coğrafiyada yaşayan xalqlar, vətəndaşlar daha yaxşı yaşamağa layiqdirlər, indiki rejim, bu sistem İranın potensialının qarşısında ən böyük əngəldir".

Nigar,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 Mart 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri