İranın xarici işlər naziri İstanbula gedir Mühüm görüş olacaq
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci toplantısı bu həftəsonu İstanbulda keçiriləcək. Toplantıya İranın xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla 40-dan çox ölkənin xarici işlər naziri qatılacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, toplantı çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan təşkilatın dövrə sədrliyini Kamerunlu həmkarından təhvil alacaq.
Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılaraq çıxış etməsi gözlənilir.
Toplantının əsas gündəm mövzuları arasında İsrailin İrana qarşı son hava hücumları və Qəzzada davam edən hücumlar olacaq. Bu mövzularla bağlı xüsusi sessiya təşkil ediləcək.
Məlumata əsasən, Hakan Fidan çıxışında İsrailin bölgədə genişlənən hərbi fəaliyyətlərinə diqqət çəkəcək. Türkiyənin gərginliyin artmasının qarşısını almaq məqsədilə bütün sülh təşəbbüslərini dəstəklədiyini vurğulayacaq. O, İƏT üzv ölkələrini İsrailin sabitliyi pozan addımlarına qarşı birgə və koordinasiyalı şəkildə hərəkət etməyə çağıracaq.
Bəsti Rəfizadə
Sfera.az
Baxış sayı:82
Bu xəbər 19 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















