İranın XİN rəhbəri xəbərdarlıq etdi: “Cavabımız SƏRT OLACAQ” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkəsinə qarşı son hərbi hücumlarına münasibət bildirib. O, əgər bu cür aqressiv hərəkətlər təkrarlanarsa, İranın cavabının sərt və gizlədilə bilməyəcək qədər geniş miqyaslı olacağını bəyan edib.
KONKRET.az xəbər verir ki, Əraqçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib:
“İran baş verənləri – ABŞ və İsrailin son aqressiyasını, həm bizə, həm də müttəfiqlərimizə qarşı həyata keçirilən zərbələri – çox yaxşı bilir. Bu zərbələrin miqyası hələ də senzura altındadır. Əgər bu aqressiya bir daha təkrarlanarsa, tərəddüd etmədən daha sərt cavab verəcəyik – elə bir cavab ki, onu gizlətmək mümkün olmayacaq.”
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 İyul 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















