Icma.az
close
up
RU
İranın XİN rəsmisi ABŞla danışıqlar aparmaq üçün Osloya gedib

İranın XİN rəsmisi ABŞla danışıqlar aparmaq üçün Osloya gedib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ-la gələcək ikitərəfli danışıqlar üçün zəmin hazırlamaq üçün Osloya səfər edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Farhikhtegan” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mətbuata məlumat verən rəsmi şəxs bildirib ki, Norveç tərəfi Tehran və Vaşinqton arasında gələcək birbaşa dialoqun əsasını hazırlamaq üçün belə bir təşəbbüslə çıxış edib. Eyni zamanda, ikitərəfli danışıqlar üçün şəraitin həqiqətən də yaradılıb-yaratılmaması ilə bağlı şübhələrin olduğu qeyd edilib.

İranın Norveçdəki keçmiş səfiri Abdalreza Fərciradın nəşrə verdiyi açqlamada bildirilir ki, nazir müavini İranın ABŞ-la dialoqa hazır olub-olmadığını öyrənmək üçün Osloya dəvət edilib. “ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın İranla birbaşa danışıqlara cəhd etdiyi görünür. O, nə Oman, nə Qətər, nə də İsveçrə vasitəsilə danışıqlar aparmaqda maraqlı deyil. Görünür, o, İran və ABŞ-ı birləşdirmək üçün norveçliləri seçib”, - deyə Fərcirad əlavə edib.

Digər xarici siyasət analitiki və İranın İordaniyadakı keçmiş səfiri Nosratola Tajikin fikrincə, Tehran Avropa ölkələrinin, xüsusilə də Avro-üçlüyünün (Böyük Britaniya, Almaniya və Fransa) Vaşinqtonla danışıqlarda effektiv vasitəçi olacağına ümid etməməlidir. “Əlbəttə, bəzi hallarda onlar müsbət rol oynaya bilərlər. Amma Birgə Hərtərəfli Fəaliyyət Planı danışıqlarında nə vaxt İran və ABŞ yaxınlaşırsa, avropalılar dərhal əsəbiləşirdilər”, - deyə analitik qeyd edib.

Noyabrın 24-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib ki, noyabrın 29-da İran və Avrotroyka xarici işlər nazirlərinin müavinləri Cenevrədə İslam Respublikası ilə Avropa ölkələrinin ikitərəfli münasibətlərə dair bir sıra məsələlər, eləcə də İranın nüvə proqramı məsələsi müzakirə etmək üçün görüşəcəklər.

“Donya-e-Eqtesad” qəzetinin yazdığına görə, danışıqlarda İslam Respublikasını təmsil edəcək Məcid Təxt-Rəvançi Cenevrə səfərindən əvvəl Osloya səfər edəcək və burada Avropa ölkələrinin nümayəndələri ilə də görüşməlidir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri