İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İrana məxsus təxminən yarım milyard dollarlıq kriptovalyuta ələ keçirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox News”a müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ hakimiyyəti İrana qarşı iqtisadi təzyiq kampaniyasını genişləndirib.
Bessentin sözlərinə görə, ilkin mərhələdə 350 milyon dollar dəyərində kriptovalyuta müsadirə olunub, son əməliyyatlarla isə bu rəqəm 100 milyon dollar artaraq yarım milyard dollara yaxınlaşıb.
O, həmçinin İranla əlaqəli çoxsaylı bank hesablarının dondurulduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, “İqtisadi Qəzəb Əməliyyatı” son həftələrdə daha da gücləndirilib və bu tədbirlər Tehranın maliyyə imkanlarını məhdudlaşdırmağa yönəlib.
ABŞ İran nefti alan ölkə və şirkətlərə də xəbərdarlıq edib. Vaşinqton bu istiqamətdə ikinci dərəcəli sanksiyaların tətbiqinə hazır olduğunu və İranla əməkdaşlığı davam etdirən maliyyə və sənaye qurumlarını hədəfə ala biləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Aprel 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















